• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Lukaşenko: “Belarusu əymək və diz çökdürmək mümkün olmayacaq”

  • Dünya
  • 9 Mart 2017 15:46
  • 404 Baxış
Lukaşenko: “Belarusu əymək və diz çökdürmək mümkün olmayacaq”

“Mühasibat Belarus-Rusiya münasibətlərinin əsasını təşkil etməməlidir”.

Publika.az belta.by saytına istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin inkişafının aktual məsələləri üzrə keçirilən müşavirədə deyib.

Bişkekdə keçirilən Avrasiya İqtisadi İttifaqının hökümətlərarası iclası xatırladan prezident Rusiya ilə münasibətlərə toxunub.

“Mən əlbəttə, ümumi şəkildə tanışam. Məni ən çox dostum Medvedevin (Rusiyanın baş naziri Dmitri Medvedev- red.) bəyanatları təəccübləndirir. Bizi, artıq qorxutmağa başlayırlar ki, təbii qazı Avropa qiymətləri ilə 150 dollara deyil, 200 dollara alacaqsınız. Mən detalları düşünmək istəmirəm, ancaq Medvedev anlamalıdır ki, əgər biz qazın qiymətini Avropa qiymətləri ilə ödəyəcəyiksə, onda ona görə cavab verməli olacaqlar. Yəqin ki, rusların böyük əksəriyyəti düşünür və başa düşür ki, Rusiya ilə münasibətlərimiz mühasibatlıq deyil. Mühasibatlıq münasibətlərimizin əsasını təşkil etməməlidir”, - Belarus lideri vurğulayıb.

Lukaşenko neft-qaz münasibətlərinin nizama salınmasında Belarusun nə istədiyini aydın şəkildə göstərib:

“Çox qısa və aydın şəkildə bizim nə istədiyimizi deyəcəyəm. Biz aşağı qiymətlə qaz istəmirik. Bizə lazımdır ki, qardaş Rusiya rəhbərliyi öz öhdəliklərini yerinə yetirsin. Əgər biz ittifaq qururuqsa, vahid dövlət qurmaq üçün əlimizi qaldırmışıqsa, onda bizim müəssisələrimizdə və biznesdə bərabər şərtlər olmalıdır. Biz çox şey istəmirik. Əgər ağıllılardan kimsə düşünürsə ki, bizi daim əymək və diz çökdürmək olar, bu olmayacaq”.

Qeyd edək ki, Rusiya baş naziri Dmitri Medvedev bəzi ölkələrin Avrasiya İttifaqını tərk etmək istədiyini və belə davranacaqları halda qazı Avropa qiymətləri ilə alacaqlarını bildirib.

Ömər

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>