Dünya
Ərdoğan: "Bundan sonra sənin təyyarələrin Türkiyəyə necə enəcək? - VİDEO - (YENİLƏNDİ)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsinin ləğv edilməsi ilə bağlı Niderlandın qərarına münasibət bildirib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident İstanbulun Bağcılar mahalında açılış mərasimində çıxışı zamanı xalqa xitab edib:
“Bundan sonra sənin təyyarələrin Türkiyəyə necə enəcək? Əlbəttə, mən diplomatik əlaqələrdən danışıram. Yoxsa, vətəndaşların səyahəti başqa bir məsələdir. Bunlar nə siyasət, nə beynəlxalq diplomatiyanı bilir. Bunlar bu qədər qorxaq, bunlar nasist, faşist qalıqlarıdır. İstədiyiniz qədər qarşı çıxın, terroristləri öz ölkənizdə bəsləyin. Bunların hamısı sizə geri qayıdacaq. Şübhəsiz ki, 16 apreldən sonra biz bu məsələ ilə bağlı işlərə başlayacağıq, biz səbirliyik”-deyə, Ərdoğan çıxışında bildirib.
***
Niderland Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin bu ölkəyə enişinə verilən icazəni ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, M.Çavuşoğlu Türkiyədə aprelin 16-da keçiriləcək referendum üzrə kampaniya çərçşivəsində Niderlandda olan türk vətəndaşları ilə görüşməli idi
-
Region10:32Malxasyan öldü
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
MDB09:39Cəbhədə qeyri-adi hadisə: Dronu budaqla vurdu
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
ABŞ09:19ABŞ-da dəhşət: Yük və sərnişin təyyarələri toqquşdu - VİDEO
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı
















.png)
















