Dünya
Ermənistanı ayaqda saxlayan şəxslər İrəvandan İMTİNA ETDİ - Düşmən BÖYÜK FƏLAKƏTLƏ ÜZ-ÜZƏ
Ermənistan iqtisadiyyatının diaspordan gələn
yardımlardan asılı olduğu məlum məsələdir. Diaspor bu ölkənin son
ümid yeri, son qalası hesab olunur. Diaspor yardımı kəsərsə,
Ermənistandan ciddi iqtisadi böhranın başalayacağı dəfələrlə
müxtəlif ekspertlər tərəfindən səslənib.
Erməni siyasi şərhçi Musa Mikaelyan isə artıq diasporun Ermənistana
maliyyə yardımı ayırmaqdan imtina etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, M.Mikaelyan yayımladığı
məqaləsində bildirib ki, diaspordan olan biznesmenlər Ermənistana
investisiya yatırmaqdan imtina edir, həmçinin, pul ayırmırlar:
“Ermənistan prezidenti Serj Sarkisyanın “Təhlükəsizlik və inkişaf”
şüarı artıq istehza doğurur. Bir neçə ildir ki, tədricən diasporun
avans və krediti azalmaqdadır”.
Erməni ekspert qeyd edir ki, Sarkisyan xarici səfərləri zamanı
diasporla tez-tez görüşlər keçirir, sahibkarlardan, biznesmenlərdən
Ermənistana yardım etmək, investisiya yatırmaq xahişi edirdi.
“Amma Sarkisyanın xahişi nə qədər çox olursa, diaspor, ilk növbədə
də diaspordan olan biznesmenlər Ermənistana yardımdan imtina
edirlər. Onlar Ermənistana gəlməkdən belə boyun qaçırırlar. Çünki
diaspordan olan sahibkarlar Sarkisyanın Ermənistanda azad və qanuni
biznes mühitinin olması haqda sözlərinə inanmırlar. İndiyə qədər
diasporda olan bir çox biznesmen bu sözlərə inanaraq, Ermənistana
investisiya yatırdılar. Lakin onlar bizneslərini inkişaf etdirən
kimi hakimiyyət bunu onların əlindən aldı, hətta özlərinin şəxsi
hüquqlarını belə tapdadılar. Bu reallığı xaricdəki erməni
biznesmenlər əla bilirlər. Buna görə də Sarkisyanın çağırışlarına
inanmırlar. Nəticədə diasporun yardımları kifayət qədər azalıb və
bu, getdikcə ümumiyyətlə yoxa çıxacaq. Bu situasiya deməyə əsas
verir ki, Ermənistanı böyük fəlakət gözləyir”, - deyə o
bildirib.
M.Mikaelyan əlavə edib ki, təkcə diaspordan gələn maliyyə azalmır,
həmçinin, ianələr də yoxa çıxır: “Hayastan” fondunun vəziyyəti buna
əyani sübutdur. Erməni milyonçuları, yaxud Rusiya milyarderləri
vaxtilə bu fonda ianə verməkdə olduqca əliaçıq idilər. Son zamanlar
bu ianələr də yoxa çıxıb”.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR