Dünya
Ankara Avropanı dağıdacaq planı işə salır - FƏLAKƏT SSENARİSİ
Türkiyə rəsmilərini ölkəyə buraxmayan Avropa ölkələri və Ankara arasında gərginlik davam edir.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara və Avropa İttifaqı arasında gərginlik yaradacaq növbəti bəyanat Türkiyənin Avropa İttifaqı üzrə naziri və baş müzakirəçisi Ömer Çelikdən gəlib.
Onun sözlərinə görə, Avropa İttifaqı ilə bağlanan miqrant razılaşmasının qüvvədə qalması üçün heç bir səbəb yoxdur:
“Avropa İttifaqı Türkiyəyə verdiyi heç bir sözünü yerinə yetirməyib. Bu şərtlər altında miqrant razılaşmasının davam etməsi üçün heç bir səbəb yoxdur”.
Ömer Çelik daha əvvəl də miqrant məsələsinə yenidən baxa
biləcəklərini açıqlayıb. Onun sözlərinə görə, Ankara miqrant
razılaşmasında yer alan qurudan keçid məsələsinə təkrar baxa
bilər.
Qeyd edək ki, miqrant razılaşmasına görə, Suriyadan Avropaya getmək
istəyən miqrantlar Türkiyədə düşərgələrə yerləşdirilir. Avropa
İttifaqı buna görə Türkiyəyə maliyyə yardımı ayırmalı, eyni zamanda
Türkiyə vətəndaşlarına vizaların verilməsi prosesini sadələşdirməli
idi. Lakin indiyə qədər bu öhdəliklər yerinə yetirilməyib.
Siyasi müşahidəçilər hesab edirlər ki, Türkiyə miqrantları öz ölkəsində yerləşdirməkdən imtina etsə, bu, Avropa üçün böyük fəlakətə səbəb ola bilər. Hətta qeyd edilir ki, miqrant böhranı Avropa İttifaqını parçalaya bilər.
Ömər Dağlı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
ABŞ09:19ABŞ-da dəhşət: Yük və sərnişin təyyarələri toqquşdu - VİDEO
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı
-
İdman07:30“Qalatasaray” onun transferi üçün yenidən hərəkətə keçir
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
ABŞ05:45"SpaceX" mümkünsüzü bacardı - "Starship" xüsusi platforma vasitəsi ilə tutuldu















.png)














