Müharibələr BİTMƏYƏCƏK - Krımdan başlanan QAN VƏ ATƏŞ SSENARİSİ
Bizi izləyin

Dünya

Müharibələr BİTMƏYƏCƏK - Krımdan başlanan QAN VƏ ATƏŞ SSENARİSİ

İordaniya Silahlı qüvvələrinin Baş idarəsindəki rəsmi mənbənin sözlərinə görə, martın 3-də ölkənin İrbid və Qor-el-Safi əyalətlərinə raket qəlpələri düşüb. Bu, Suriya ərazisindən İsrail istiqamətində atılan raketlərin zərərsizləşdirilməsi nəticəsində oldu.

Bununla əlaqədar İsrailin baş naziri Benyamin Netanyahu elan etdi ki, Suriyaya zərbələrin məqsədi Livanın “Hizbullah” təşkilatına silah çatdırılmasının qarşısının almaq idi. Hadisəyə reaksiya verən İsrailin mənzil və tikinti naziri Yoav Qallantın (İsrail Cənub hərbi dairəsinin keçmiş komandanı və baş nazirin hərbi katibi – red.) fikrincə, Rusiya Suriyanı müdafiə edir və İsrailin zərbələrinə Suriyanın cavabı kifayət qədər “təhlükə” yaradır. O, qeyd edir ki, Al-Meydanda Suriya ordusunun müvəffəqiyyətləri, həmçinin Rusiyanın dəstəyi Dəməşqə əminlik və təhlükəsizlik hissi verir.

Livanın “Al Joumhouria” nəşri qeyd edir ki, Rusiya rəhbərliyi ən son yüksəktexnologiyalı silahların Birləşmiş Ştatların şərq partnyorlarına, xüsusilə İsrailə tuşlanmasını arzu edərək onları şərqdəki müttəfiqlərinə çatdırmaqda tərəddüd etmir. Söhbət ilk növbədə Suriyadan gedir.

“Bununla, ABŞ-a təzyiqin müxtəlif üsullarından istifadə olunur. Bu, ABŞ-ı Krım üzrə öz mövqeyindən geri çəkilməyə itələmək məqsədilə edilir”, - nəşr bildirir.

Təsadüfi deyil ki, seçkiqabağı kampaniyasının gedişatında Krımın Rusiyanın bir hissəsi kimi tanınması barədə müzakirələrə hazır olduğunu söyləyən ABŞ prezidenti Donald Tramp komandasını qurduqdan dərhal sonra fikrini qəti dəyişdi. Birləşmiş Ştatlar martın 16-da Moskvanı Krımı işğal etməkdə ittiham etdi və onun təcili dayandırmasını istədi. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner öz çıxışında bildirdi ki, Krım Ukraynanın hissəsidir.

ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, Vaşinqton Krımın yarımadaya birləşdirilməsini nəzərdə tutan və 2014-cü martın 16-da keçirilmiş referendumu tanımır.

“Al Joumhouria” nəşri qeyd edir ki, Donald Tramp administrasiyasının Rusiya barəsində siyasəti Suriya münaqişəsinin inkişafında özünü açıq-aydın göstərir.

ABŞ ordusunun Mərkəz komandanlığının (CENTCOM) rəhbəri, general Cozef Votel elan edib ki, Amerika gücləri Suriyada uzunmüddətli təhlükəsizlik və sabitliyin təmin olunması, hakimiyyətin dinc yolla ötürülməsində suriyalılara kömək etmək məqsədi ilə bu ölkədə qalacaq.

“Vəziyyət ABŞ qüvvələrinin qalmasını tələb edir və İŞİD-in aradan qaldırılmasından sonra Suriyadan məcburi gedişi nəzərdə tutmur”, - amerikalı general martın 9-da səsləndirdiyi bəyanatında bildirib.

Ardınca ABŞ-ın dövlət katibi Reks Tillerson bildirdi ki, Vaşinqton istənilən mümkün təcavüzün qarşısını almaq üçün ölkə-müttəfiqlərə silah çatdırılması imkanını istisna etmir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun cavabı gecikmədi. O, Moskvada Müdafiə Nazirliyinin kollegiya iclasının gedişatında vurğuladı ki, Rusiya hərbi donanmasını inkişaf etdirəcək. Uzaq yerlərə, o cümlədən Suriyaya qoşunlar və hərbi texnikanın operativ çatdırılması üçün daha müasir gəmilərin hazırlanması nəzərdə tutulur. Şoyqunun sözlərinə görə, Rusiya regionda müttəfiqlərə dəstəkdən imtina etməyəcək.

“Bu, Suriyada vəziyyəti kəskinləşdirə bilər. Müharibə problemi dövlətlər öz hədəflərinə çatana kimi həll edilməyəcək. Suriyada baş verənlər nəticə çıxarmağa imkan verir ki, daha uzun müddətdə qan töküləcək və mümkündür ki, atəş qonşu ölkələrə, xüsusi halda, Livan və İordaniyaya keçəcək. Amerika və Rusiya arasında münaqişə yeni və daha mürəkkəb mərhələyə keçib: Krımdan İordaniyaya qədər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm