“Qoşun və texnika lazımdır!” - Rusiyaya qarşı MÜHARİBƏ ÇAĞIRIŞI
Bizi izləyin

Dünya

“Qoşun və texnika lazımdır!” - Rusiyaya qarşı MÜHARİBƏ ÇAĞIRIŞI

“İndi bizə daha çox güc, məsələn zirehli tank diviziyası lazımdır".

NATO-nun Avropa komandanlığının ali baş komandanı, Amerika generalı Kertis Skaparotti Avropada Rusiyanın qarşısının alınması üçün əraziyə qoşunlar göndərməsini xahiş edib.

Publika.az xəbər verir ki, bu haqda “The Washington Examiner” nəşri yazır.

Kertis Skaparotti bildirib ki, “daha davakar Rusiya”nın saxlanılması üçün ona qoşunlar və müasir silahar lazımdır. General ABŞ Konqresinin Nümayəndələr Palatasının komitə iclasında Amerika hərbçilərini “dünyada ən yaxşı” adlandırıb. Kertis Skaparotti qeyd edib ki, onlar Rusiyanı saxlamağa qadirdir.

“İndi bizə daha çox güc, məsələn zirehli tank diviziyası lazımdır. Bu gün Avropada yerləşdirilmiş təxminən 60 min hərbi qulluqçumuz var”, - general dəqiqləşdirib.

Skaparrotti deyib ki, Rusiya nüvə arsenalını yalnız bərpa etmir, həm də müasirləşdirir və ölkə sərhədləri boyu dövlətlərin qorxudulması strategiyasının reallaşdırılması çərçivəsində nüvə silahından istifadə edir.

Onun sözlərinə görə, Rusiya özünün ən yeni silahlarının sınaq poliqonu kimi Ukraynadan və Suriyadan istifadə edir. General hesab edir ki, Rusiya tərəfindən dəstəklənən separatçılarla mübarizə aparmaq üçün hökumət güclərinə silah vermək vaxtı çatıb. O, həmçinin vurğulayıb ki, Rusiya partnyordan dünyada öz mövqelərini qaytarmağa çalışan antaqonistə çevrilib.

Qeyd edək ki, Amerika generalı daha əvvəl də Qərbi “dirilən Rusiya”ya qarşı dayanmağa çağırıb. Skaparottinin fikrincə, NATO “dirilən və özünü dünya dövləti kimi proyeksiya etməyə çalışan Rusiya” ilə qarşı-qarşıyadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm