Ginnesin Rekordlar Kitabına düşən əsgər öldü: Ordu Sarkisyana qarşı etiraza qalxdı
Bizi izləyin

Dünya

Ginnesin Rekordlar Kitabına düşən əsgər öldü: Ordu Sarkisyana qarşı etiraza qalxdı

Bu, İrəvan kulislərində qarşıdurmaya səbəb olub.

Ermənistan ordusunun Ginnesin Rekordlar Kitabına düşən 20 yaşlı əsgəri Artak Rafaelyanın aldığı güllə yarasından sonra ölməsi İrəvan kulislərində qarşıdurmaya səbəb olub.

Publika.az
xəbər verir ki, uzandığı yerdə 11011 dəfə jim hərəkəti etdiyinə görə Ginnesin rekordlar Kitabına düşən Rafaelyan martın 28-də cəbhənin şərq istiqamətində aldığı güllə yarasından sonra ölüb.

İrəvanda hesab edirlər ki, bu, Azərbaycanın Serj Sarkisyanın “İskəndər” təhdidinə cavabıdır.

Serj Sarkisyan martın 25-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı bildirdi ki, “lazımi məqamda “İskəndər” raketlərindən istifadə edəcəyik”.

Onun bu sözlərinin seçkiqabağı təbliğata hesablandığı aydındır.

“Lragir” saytı da yazır ki, Sarkisyan bu bəyanatla seçkidə xal qazanmaq və özünün təhlükəsizlik sahəsində əvəzolunmaz olduğunu göstərmək istəyirdi.

Lakin sayt Sarkisyanın “İskəndər” təhdidindən sonra əsgər Rafaelyanın ölümünə diqqət çəkərək qeyd edir ki, “kimlərinsə şəxsi nüfuza hesablanmış təhdidlərinin əvəzini erməni əsgəri ödəyir”.

Saytın məlumatına görə, İrəvanda təcrübəli hərbiçilər “İskəndər”lər haqda daha az danışmağın vacib olduğunu hesab edirlər. Məlumata görə, Sarkisyanın “İskəndər” bəyanatı İrəvanın hərbi kulislərində etirazla qarşılanıb.

“Hərbiçilər düşünürlər ki, “İskəndər”lər haqda danışmaq əvəzinə, sakitliyi bərpa etmək və heç də yaxşı vəziyyətdə olmayan ordunu gücləndirmək, problemləri həll etmək lazımdır. Xüsusilə əsgərlərin xidmət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin bərpası vacibdir”, - deyə sayt hərbiçilərə istinadən yazır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm