Dünya
Rusiya tarixində görünməmiş HADİSƏ: respublika başçısı tutuldu - YENİLƏNDİ
Prezident Vladimir Putin Udmurtiya respublikasının başçısı Aleksandr Solovyevin səlahiyyətlərinin vaxtından əvvəl dayandırması haqqında fərmanı imzalayıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidmətindən bildirilib.
12:19
Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, söhbət təxminən 140 milyon rubl (təxminən 2,44 milyon dollar) rüşvətin alınmasından gedir. Onun körpülərin tikintisi zamanı podratçılardan rüşvət aldığı deyilir.
İstintaqın versiyasına görə, Aleksandr Solovyev 2014-2016-cı illərdə Udmurtiya Respublikasında Kama və Bur çayları üzərində körpü tikən şəhər təşkilatlarının nümayəndələrindən 139 milyon rubl rüşvət alıb. Bundan başqa, respublikanın başçısı kommersiya təşkilatlarında 2,7 milyon rubl dəyərində iştirak payı alıb.
Daha əvvəl hüquq-mühafizə orqanlarındakı mənbə Udmurtiya başçısının tutulması haqqında bildirib. Qeyd edilirdi ki, Solovyovin mənzillərində axtarışlar aparılır.
Solovyev 2014-cü il sentyabrın 22-dən Udmurtiyaya başçılıq edir. O, daha əvvəl respublikanı Federasiya Şurasında təmsil edir və region parlamentinə başçılıq edirdi.
10:09
Rusiyanın hüquq-mühafizə orqanları Udmurtiya Respublikasının başçısı Aleksandr Solovyevi saxlayıb.
Publika.az lenta.ru saytına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi onun barəsində cinayət işi qaldırıb.
Aleksandr Solovyev böyük məbləğdə rüşvət almaqda şübhəli bilinir. O, istintaq hərəkətlərinin həyata keçirilməsi üçün Moskvaya çatdırılıb. Yaxın vaxtlarda ona qarşı rəsmi ittiham irəli sürüləcək.
Ömər
-
Region04:14Türkiyədə ailələr arasında silahlı toqquşma - Çox sayda yaralı var
-
Region01:11Fulya Öztürk Leyla Əliyeva ilə bir arada - VİDEO
-
Magazin200:30Türk aparıcı 11 saat qaranlıq qutuda qaldı
-
Magazin214 Noyabr 22:48Emma kameralar qarşısında yıxıldı - FOTO
-
Art14 Noyabr 22:00Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO
-
İdman14 Noyabr 21:24Sambo üzrə idman ustası başından güllələndi
-
İdman14 Noyabr 21:12Futbol matçında dava: Vitse-prezident rəqiblə əlbəyaxa oldu
-
Sosial14 Noyabr 21:00Ramiz Mehdiyevin qızının vəkili həbs edildi


















.png)














