“Nazarbayev Rusiyanı uçuruma yollayır” - XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

“Nazarbayev Rusiyanı uçuruma yollayır” - XƏBƏRDARLIQ

Qətnamə layihəsi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən təqdim edilmişdi.

“BMT Təhlükəsizlik Şurasında Suriyada kimya hücumu haqqında qətnamə layihəsinin səsverməsi BMT-nin bütün mövcudluğu ərzində Rusiya üçün “ən biabırçı” oldu”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın “Obozrevatel” nəşrinə Rusiya jurnalisti Leonid Radzixovski söyləyib.

“Qətnamə üzrə səsvermə Rusiya üçün yalnız uğursuz deyildi, BMT-nin bütün mövcudluğu ərzində maksimal biabırçılıq idi. Ona görə yox ki, Rusiya azlıqda idi. Ona görə biabırçılıqdır ki, Rusiyanın irəli sürdüyü variantı yalnız Boliviya dəstəklədi. Çin və Qazaxıstan isə bitərəf qaldı. Çin ilk dəfə deyil ki, bitərəf qalır. Amma Qazaxıstan! Qazaxıstan Avrasiya İqtisadi İttifaqının üzvü (Qazaxıstan həm də “Putinin NATO-su” hesab edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür –red.), Belarusdan sonra Rusiyanın ikinci müttəfiqidir. Bu, artıq tam siyasi faciədir”, - Radzixovski deyib.

Jurnalistin sözlərinə görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rusiyanı uçuruma yollayır.

“Rusiya həqiqətən tam siyasi təcrid vəziyyətindədir. Bu, eksperimental faktdır. Əgər Boliviya, həmçinin İran, Şimali Koreya və “Hizbullah” sizi dəstəkləyirsə, onda bu nə adlanır?” – Radzixovski bildirib.

Xatırladaq ki, Rusiya aprelin 12-də BMT Təhlükəsizlik Şurasında Suriyada kimyəvi silahın tətbiqi haqqında qətnamə layihəsinin səsverməsi zamanı veto hüququndan istifadə edib. Boliviya Rusiyanı dəstəkləyib, Çin, Efiopiya və Qazaxıstan bitərəf qalıb.

Qətnamə layihəsi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən təqdim edilmişdi. Aprelin 4-də Xan-Şeyxun şəhərində kimyəvi silahdan istifadəni pisləyən qətnamədə rəsmi Dəməşqdən insidentin baş verdiyi tarixdə bütün hava əməliyyatları ilə bağlı məlumat tələb edilirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm