Dünya
Torpaqlar belə azad ediləcək - Lokal müharibə TAKTİKASI
“Anti-terror gücləri Donbasın işğal edilmiş ərazilərinin azad edilməsi üçün tammiqyaslı hücuma keçə bilmir. Amma problemin həllinin başqa taktikası mövcuddur”.
Publika.az xəbər verir ki, bunu “Obozrevatel” nəşrinə şərhində hərbi ekspert Sergey Qrabskiy deyib.
“Tammiqyaslı döyüş əməliyyatlarını keçirmək olmaz, amma lokal əməliyyatlar keçirmək, rəqibin əsas nöqtələrinə təzyiq göstərmək tamamilə mümkündür. NATO-da da bunu öyrənirlər”, - hərbi ekspert hesab edir.
Onun sözlərinə görə, bu taktika rəqibin müdafiəsini kifayət qədər zəiflədəcək: “Bu halda Ukrayna gücləri rəqibi sıxışdıraraq lokal əməliyyatları həyata keçirə biləcək. Elə şərait yaradılmalıdır ki, rəqib işğal edilmiş şəhərləri saxlaya bilməyərək oranı tərk etsin”.
Daha əvvəl Ukraynanın müdafiə naziri Stepan Poltorak bildirib ki, Ukrayna Donetsk və Luqanskı güc metodları ilə azad etməyəcək.
Aprel ayında Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Donbasda təhlükəsizlik güclərinin hücumunu elan edib. O, hərbiçiləri metr-metr şərqə irəliləməyə çağırıb.
“Donbasın işğal edilmiş ərazilərinin Rusiya qoşunlarından təmizlənməsi üçün Ukrayna Silahlı Qüvvələrinə yalnız bir ay vaxt lazımdır. Svetlodarsk və Avdeyevka ərazilərində döyüşlər aydın göstərdi ki, bizim ordumuz hibrid Rusiya qoşunlarından əhəmiyyətli dərəcədə güclüdür. Donbas ərazisini tamamilə təmizləmək üçün bizə bir ay vaxt lazımdır”, - o vurğulayıb.
Daha əvvəl isə Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov bildirib ki, Ukrayna təhlükəsizlik gücləri Kiyevin nəzarətində olmayan ərazilərin qaytarılmasına hazır olmalıdır. Onun sözlərinə görə, Kiyev hakimiyyətində Donbasın azad edilməsi üzrə konkret plan var.
Ömər Dağlı
-
Dünya03:18Liderlər Türkiyədə bu yeməklərə valeh olublar - Tramp resept istəyib
-
Dünya02:08İran atəş altında - Tramp görüntüləri yaydı
-
Qoroskop01:40Günün ulduz falı: yeni tanışlıqlar üçün uyğun vaxtdır
-
ABŞ00:45ABŞ İrana zərbələr endirir
-
ABŞ8 İyul 22:46İran ona qarşı sui-qəsd planlayır? - Trampdan iddia
-
Hadisə8 İyul 22:32Bakının mərkəzində bina yanır - Foto
-
MDB8 İyul 20:36Rusiya diplomatı Litva XİN-ə çağırıldı
-
Elm və təhsil8 İyul 19:40Uşağı məktəbəqədər hazırlığa gedəcək valideynlərin nəzərinə!






.jpg)




.jpg)


.webp)





















