Dünya
Türkiyəyə qarşı 19 ölkə birləşdi - SİYAHI
PKK terror təşkilatının “azad edilmiş bölgə” adlandırdığı Kato dağında keçirilən əməliyyatda təşkilatın 53 sığınacağında müxtəlif model 648 silah və tonlarla sursat ələ keçirilib.
Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, ələ keçirilən silahlar və sursat İsrail, ABŞ, Fransa və İtaliya da daxil olmaqla 19 ayrı ölkədə istehsal olunub.
Təhlükəsizlik mütəxəssisi Abdullah Ağar daha əvvəl Rusiya istehsalı olan S18 versiyasından “SA-16” hava hücumunda müdafiə raketinin aşkarlandığını xatırladıb. Həmin raketlər Türkiyə Silahlı qüvvələrinə məxsus “Super Kobra” vertolyotunun vurulmasına istifadə edilib.
“Üç əsas istiqamət var: Şərq Bloku, Avropa və ABŞ silahları. Mənşəyi bəllidir, amma kimin verdiyi bilinmir. Qərb dünyası PKK-ya verdiyi silahları afişa etdi. PKK-ya silahları keçmişdə kim verdi? Biz bunu çox yaxşı bilirik. Qərb dünyasına etibarımızın olmamasının kökündə PKK-ya verdikləri dəstək dayanır. “Fərat Qalxanı” hərəkatında da gördük: Rusiyanın “Cornet”, Almaniya və Fransanın “Milan” və ABŞ-ın “TOW” silahları”, - o bildirib.
PKK-nın mağaralarında ələ keçirilən silah və sursatların istehsalçısı olan ölkələrin tam siyahısı isə aşağıdakı kimidir: Rusiya, İngiltərə, Almaniya, ABŞ, İtaliya, Çin, İspaniya, İsrail, Çexiya, Suriya, İraq, Hollandiya, Belçika, İsveçrə, Fransa, Danimarka, Serbiya, İran və Bolqarıstan.
Ömər Dağlı
-
Hadisə17:15Keçmiş rabitə və informasiya texnologiyaları nazirinə ağır itki üz verdi
-
Nida Xəbər 16:10Əli Kərimli erməni lobbisi tərəfindən niyə mükafatlandırıldı?
-
Magazin216:0513 min manatlıq çanta ilə poza verdi - FOTO
-
Region15:47Paşinyan: "Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm!"
-
Hadisə14:38Ordubadda qəzaya düşən deputatın vəziyyəti açıqlandı
-
Ekologiya13:09Sabahın hava proqnozu açıqlandı
-
Avropa12:57Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu


































