Dünya
Rusiyada "Maydan”: Xalq küçələrə AXIŞDI - VİDEO/FOTOLAR - YENİLƏNDİ
Moskva polisi paytaxtın Tver küçəsində razılaşdırılmayan
mitinqdə iştirak edən nümayişçiləri saxlamağa başlayıb. Son
məlumatlara görə, mitinqin 100-dən çox iştirakçısı saxlanılıb.
Sankt-Peterburqda saxlanılanların sayının isə 150-dən çox olduğu
bildirilir.
Daha əvvəl isə müxalifət lideri Aleksey Navalnıy yaşadığı evin
blokunda saxlanılıb.
***
Bu gün Rusiyanın böyük şəhərlərində müxalifətin Rusiya Gününə uyğunlaşdırılmış mitinqləri keçirilir.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, müxalifət siyasətçisi Aleksey Navalnıy mitinqlərin təşəbbüskarıdır.
Mitinqlərin əsas şüarı korrupsiyaya qarşı mübarizədir. Mitinqlər həmçinin, 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizəd kimi qeydiyyata alınmaq üçün Navalnıy tərəfindən aparılan kampaniyanın bir hissəsidir.
Qeyd edək ki, mitinq təşkilatçıları Moskvanın Saxarov prospektində razılaşdırılmış mitinqin keçirilməsindən son anda imtina ediblər. Navalnıy tərəfdarlarını Tver meydanına çıxmağa çağırıb. Onun sözlərinə görə, Saxarov prospektində səs və işıq elementlərini qurmaq qeyri-mümkün olub. Hakimiyyət isə Tverdə mitinqin keçirilməsinin qanuna zidd olduğunu elan edib. Burada Rusiya Günü ilə əlaqədar festivalın keçirilməsi proqnozlaşdırılıb.
Eyni zamanda, müxalifət aksiyaların iştirakçılarının tutulması haqqında xəbərlər verməyə başlayıb. Polis Vladivostokda korrupsiyaya qarşı mitinqdə ən azı 11 nəfəri saxlayıb.
Mitinqlərin ölkənin 170 şəhərində keçirilməsi planlaşdırılıb.
Ömər Dağlı
-
Hadisə12:08Sosial Xidmətlər Agentliyinin əməkdaşı qəfil vəfat etdi - FOTO
-
MDB11:51Rusiya paytaxtında həyəcanlı anlar: Bina gülləbaran edildi - VİDEO
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
Hadisə09:28Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video






















.png)












