Dünya
“Bu, hücumların ssenarisidir” - Rusiya bu silahla ABŞ qaranlığa QƏRQ EDƏCƏK
Rusiyadan olan hakerlər kibersilahın yeni növünü hazırlayıblar.
Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın “Vaşinqton Post” qəzeti “Dragos” kibertəhlükəsizliyi üzrə mərkəzin tədqiqatına istinadən bildirib.
Bildirilir ki, kibersilah elektrik şəbəkələrinin işini pozmağa imkan verir. İddia edilir ki, “Dragos” tədqiqatçıları tərəfindən “CrashOverride” adı verilən kibersilahdan yalnız bir dəfə - ötən ilin dekabrında Ukraynanın energetika sisteminin işini pozmaq üçün istifadə edilib.
“Bu, oyunu dəyişdirəcək”, - tədqiqat mərkəzinin direktoru Sercio Kaltadjirone bildirib.
“Dragos”un mütəxəssisləri kibersilahın yeni növündən ABŞ-a qarşı da istifadə olunacağını istisna etmirlər. Nəşrin məlumatına görə, Rusiya hakerləri artıq Amerika energetika sistemlərinə maraq göstərdiyini nümayiş etdiriblər. Amma nəşr bunun hansı şəkildə baş verdiyini dəqiqləşdirməyib.
“ABŞ-ın energetika sistemləri kibermüdafiəni gücləndirir. Ancaq kiberproqramlar həqiqətən də energetika sistemlərinin işini təhdid edir”, - nəşr Şimali Amerikada elektrik sistemləri üçün avadanlığın hazırlanması ilə məşğul olan qeyri-hökumət təşkilatının təhlükəsizliyi üzrə bürosunun keçmiş müdirindən sitat gətirib.
Ömər Dağlı
-
MDB11:51Rusiya paytaxtında həyəcanlı anlar: Bina gülləbaran edildi - VİDEO
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
MDB10:10Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qiyabi həbs cəzası kəsildi
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?





















.png)












