Dünya
Trampın Kremlin adamı ilə gizli əlaqəsi ORTAYA ÇIXDI - ABŞ ŞOKDA
ABŞ prezidenti Donald Trampın Rusiya ilə ehtimal olunan əlaqələri barədə növbəti iddia ortaya atılıb.
Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın “Nyu York Tayms” nəşri Ağ Evdəki mənbələrə istinadən yazıb.
Nəşrin yazdığına görə, ABŞ prezidentinin birinci oğlu kiçik Donald Tramp ötən il rusiyalı hüquqşünas Natalya Veselnitskaya ilə görüş keçirməyə razılaşıb. Qeyd edilir ki, Rusiya hüquqşünası qarşı tərəfə prezident seçkilərində Trampın rəqibi demokrat Hillari Klintonu etibardan sala bilən informasiyanı verməyə razılaşıb. Nəşr iddia edir ki, 2016-cı ilin iyununda kiçik Tramp, həmçinin Donald Trampın iki məsləhətçisi - Cared Kuşner və Pol Manafort hüquqşünasla görüş keçiriblər.
Natalya Veselnitskayanın Rusiya hakimiyyətilə bağlı olduğu bildirilir. Onun müştəriləri arasında Rusiya hakimiyyətilə bağlı şəxslər, həmçinin Rusiyanın bir sıra dövlət şirkətləri var.
Kiçik Tramp nəşrə açıqlamasında təsdiqləyib ki, görüş Nyu-Yorkda “Trump Tower” göydələnində baş tutub. Onun sözlərinə görə, bu, əsasən Rusiya uşaqlarının övladlığa götürülməsi proqramı üzrə qısa tanışlıq görüşü idi.
Nəşr yazır ki, Veselnitskayanın Klinton barəsində həqiqətənmi hər hansı məlumatlara malik olduğu dəqiq deyil.
Trampın oğlu bildirib ki, rusiyalı hüquqşünas görüş zamanı onda Rusiyaya bağlı şəxslərin Demokrat Partiyasının Milli Komitəsi və Klintonu maliyyələşdirdiyi barədə məlumatların olduğunu söyləyib. Ancaq kiçik Trampın sözlərinə görə, Veselnitskayanın bəyanatları “qeyri-müəyyən idi və heç bir məna daşımırdı”, o, həmçinin heç bir sübut verməyib.
“Tezliklə aydın oldu ki, o, əhəmiyyətli informasiyaya malik deyil”, - prezidentin oğlu bildirib.
Daha sonra isə hüquqşünas danışıqların mövzusunu Rusiya uşaqlarının övladlığa götürülməsi proqramının müzakirəsilə əvəz edib. Kiçik Trampın fikrincə, bu söhbətin əvvəlki hədəfi idi və Klinton barədə dəlillərin mövcudluğu haqqında iddialar görüş üçün yalnız bəhanə idi.
ABŞ prezidentinin vəkillərinin nümayəndəsi Mark Korallo bildirib ki, Trampın özü görüş haqqında bilmirdi və orada iştirak etmirdi.
Rusiya hüquqşünasının özü isə görüşdə prezident seçkisi kampaniyası haqqında danışılmadığını açıqlayıb. Cared Kuşner və Pol Manafortdan isə görüşlə bağlı hər hansı şərh gəlməyib.
Qeyd edək ki, Konqresdə Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi haqqında müstəqil araşdırma gedir. Analoji araşdırmanı həmçinin FTB aparır. Moskva isə prezident seçkilərinə müdaxilə etdiyi barədə bütün iddiaları rədd edir.
Ömər Dağlı
-
ABŞ01:43ABŞ-da bütün hava limanlarında uçuşlar dayandırıldı - Təcili qərar
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial13 Noyabr 15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB13 Noyabr 14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
















.png)



















