Dünya
İrəvandan Moskvaya TƏRS ŞİLLƏ
İrəvan Rusiyanın Ermənistanda rus dilinə rəsmi statusunun verilməsi barədə təklifinə rədd cavabı verib.
Publika.az xəbər verir ki, Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan “Sputnik” agentliyinə açıqlamasında rus dilinin Ermənistanda rəsmi status almayacağını bildirib.
“Rus dili bizim üçün ümumdünya əhəmiyyətli dildir. Amma bizim çağırışlarımızda rus dilinə rəsmi dil statusunun verilməsi yoxdur və olmayacaq”, - Aşotyan deyib.
O əlavə edib ki, Ermənistan vətəndaşlarının sürücülük vəsiqələrinin Rusiyada tanınması üçün Rusiya tərəfi ilə danışıqlar başqa formatlarda davam edəcəklər.
Xatırladaq ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin dünən Moskvada Ermənistan parlamentinin spikeri Aroy Babloyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Ermənistanda rus dilinə rəsmi statusunun verilməsi təklifilə çıxış edib. Spiker bu təklifi Ermənistan nümayəndə heyətinin “Qırğızıstan və Belarus vətəndaşlarında olduğu kimi, Ermənistan vətəndaşlarının da sürücülük vəsiqələrinin Rusiyadan tanınması” ilə bağlı istəyinə cavab olaraq irəli sürüb.
Volodin bildirib ki, Qırğısıztan və Belarus vətəndaşlarının sürücülük vəsiqələrinin Rusiyada da tanınması haqda qərar qəbul edilib: “Lakin Ermənistan bu imkandan məhrumdur. Qırğızıstan və Belarus vətəndaşlarına bu hüquq ona görə verilib ki, bu iki ölkənin vətəndaşları rus dilində öyrənirlər, onlar Rusiyaya işləməyə gələndə biz onlara kömək edirik. Onların sürücülük vəsiqələri rus dilindədir. Əgər Ermənistanda da rus dili rəsmi dil olarsa, bu məsələ avtomatik olaraq erməni əvətəndaşlarına da şamil olunacaq”.
Qeyd edək ki, iyunun 1-dən xarici vətəndaşların Rusiyada peşəkar sürücü işləmək hüquqları ləğv edilib. Qanunu pozanlar 50 min rubl (təxminən 580 dollar –red.) cərimə ediləcək.
Ömər Dağlı
-
ABŞ01:43ABŞ-da bütün hava limanlarında uçuşlar dayandırıldı - Təcili qərar
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial13 Noyabr 15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB13 Noyabr 14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır














.png)



















