Əsəd rejimi Türkiyənin düşmənləri ilə müqavilə bağladı
Bizi izləyin

Dünya

Əsəd rejimi Türkiyənin düşmənləri ilə müqavilə bağladı

Suriyada PKK/PYD terror təşkilatı və Əsəd rejimi təşkilatın işğal etdiyi Haseki bölgəsindəki ərazilərdən çıxarılan neftin gəlirlərini paylaşır.

Publika.az xəbər verir ki, bu iki qüvvə 3-ü aktiv, 6-ı passiv vəziyyətdə olan 9 neft sahəsinə birlikdə nəzarət edir.

Neft istehsalının aparıldığı Rümeylan, Süveydiyə və Karaçok ərazilərindəki təxminən, 350 kiçik ölçüdəki quyulardan gündəlik 30-35 min barel neft çıxarılır. Çıxarılan xammal tırlar vasitəsilə Xüms şəhərindəki fabriklərdə emala göndərilir.

Terror təşkilatı ilə rejim arasındakı razılaşmaya görə, gəlirin 65%-i Əsəd rejiminə, 20%-i PKK-ya çatır. Qalan 15% gəlir isə neft ərazilərinin qorunmasından məsuliyyətli olan ərəb qüvvələrinə verilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm