Dünya
25 minlik ordu ƏMR GÖZLƏYİR: bu ərazilərin azad olunması üçün HÜCUM BAŞLAYACAQ
Türkiyə ABŞ-PYD ittifaqının işğalı altında olan Tel
Abyad, Munbiç, Afrin və Tel Rıfat bölgələrində əməliyyata
hazırlaşır.
Publika.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri bu
bölgələrdən terrorçuların sərhədi keçməsinə və sərhəd zonasındakı
mülki əhalinin hədəfə alınmasına qarşı qabaqlayıcı tədbirlər
hazırlayır.
“Yeni Şəfəq” qəzeti yazır ki, hərbi rəhbərlik 2014-cü ildən
başlayaraq, ABŞ-ın dəstəyilə bölgədə böyüyən PKK/PYD terror
təşkilatının təmizlənməsi üçün bütün variantlar üzərində düşünür.
Xüsusilə terror təşkilatının “Fərat qalxanı” əməliyyatı ilə
təmizlənən bölgələrə raket və minaatanlarla hücum etməsi, eləcə də
narkotik və silah daşıması kimi ehtimallar dəyərləndirilir.
“Əhalinin bütövlükdə ərəb və türkmanlardan ibarət olduğu Tel Rəfat,
Münbiç və Tel Abyad Türkiyənin yaxın dövrdə təmizləmək istədiyi üç
əsas bölgədir”, - deyə qəzet yazır.
Məlumata görə, “Fərat qalxanı” əməliyyatı ilə təmizlənən bölgələrdə
terror təşkilatına qarşı döyüşmək üçün 25 minlik güc hazır
vəziyyətdədir. Suriyada Azad Suriya Ordusunun 15-17 min nəfərlik
döyüşçüsü ilə birlikdə Türkiyə ordusunun 8 min əsgəri Ankaradan əmr
gözləyir. Son üç gündə Türkiyə Silahlı Qüvvələri bölgəyə yeni
silahlar göndərib, mövqelər gücləndirilir. Bununla yanaşı, bölgə
pilotsuz təyyarələrlə daim izlənilir.
Qəzet qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın
“Fərat qalxanı” əməliyyatı ilə Suriyadakı terror layihəsinin
qəlbinə soxduğumuz xəncəri yeni həmlələrlə genişləndirməyi
düşünürük. Çox yaxında bu məsələdə önəmli addımlarımız olacaq”
sözləri yeni əməliyyatların miladı ola bilər.
Qeyd edək ki, ABŞ son dövrlər PKK-nın Suriya qolu olan PYD-ni
gücləndirir. Hesablamalara görə, son bir ildə Vaşinqton PYD-yə 900
TIR-dan artıq silah-sursat verib. Terror təşkilatının
gücləndirilməsində əsas hədəf bölgədə ABŞ-ın nəzarətində yeni gücün
yaradılması, həmçinin, Türkiyənin cənub sərhədində yaradılması
planlaşdırılan “kürd dəhlizi” layihəsinin həyata keçirilməsidir.
Türkiyə bütün vasitələrlə buna qarşı çıxır. Tel Abyad, Munbiç,
Afrin və Tel Rıfat bölgələrinə nəzərdə tutulan əməliyyat da əslində
ABŞ-ın planlarına qarşı həmlədir. Mümkündür ki, yaxın dövrdə ABŞ və
Türkiyə Suriyada hərbi müstəvidə üz-üzə gəlsin.
Asif
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR