Dünya
Gürcüstanla müharibədən əvvəl... - 9 il əvvəlki SSENARİ TƏKRARLANIR
“Rusiya qoşunları Ukrayna ilə sərhəddə yerdəyişmələr və konsentrasiya ilə Ukraynaya müdaxilə ssenarisini yerinə yetirirlər”.
Publika.az xəbər verir ki, bunu “Obozrevatel” nəşrinə hərbi ekspert, jurnalist Yuri Butusov deyib.
Hərbi ekspert hesab edir ki, Rusiyada yalnız Donbas deyil, həm də Xarkov vilayətinə müdaxilə ssenariləri var.
Butusov bu kontekstdə 2008-ci ildə Gürcüstanla Rusiyanın müharibəsindən əvvəl baş verən hadisələri xatırladıb:
“Müharibədən əvvəl Rusiya Gürcüstanla sərhəddə qoşunların konsentrasiyasının işlənilməsi üzrə “Qafqaz sərhədi” təlimlərini keçirdi. Müharibə başlananda isə artıq Rusiyada yerinə yetirilmiş plan var idi və bir sıra hərbi bölmələr bu məsələni yerinə yetirirdilər. Buna görə də onlar müdaxiləni kifayət qədər tez təşkil edə bildilər”.
Eyni zamanda Butusov bildirib ki, hazırda Rusiyanın genişmiqyalı hücum əməliyyatı üçün ilkin şərtlər görmür:
“Rusiya ordusunun nizami bölmələri Ukrayna ərazisindədir və döyüş əməliyyatlarında iştirak edir. Onlar daim hərəkət edir, bölmələr Ukraynaya girir və çıxırlar. Amma əsas fəallıq Belarusdakı təlimlərlə bağlıdır”.
Daha əvvəl ki, jurnalist Andrey Saplienko Feysbuk səhifəsində yazıb ki, Rusiyada son həftə ərzində hərbi texnikanın görünməmiş hərəkəti müşahidə olunur. O bildirib ki, hərbi texnika yalnız sentyabr ayında keçiriləcək “Qərb-2017” birgə hərbi təlimlər üçün Belarusa deyil, həm də Ukrayna ilə sərhədyanı ərazilərə hərəkət edir.
Ömər Dağlı
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır














.jpg)








.jpg)











