Dünya
Poroşenko payızda döyüşə başlayır – ƏSAS RƏQİBLƏR
Ukrayna prezidenti Pyotr Poroşenkonun reytinqi sürətlə aşağı düşür. Onun 2019-cu ildə keçiriləcək seçkilərdə qələbəsi böyük şübhə doğurur.
Publika.az xəbər verir ki, “Ukraynskaya Pravda” nəşrinin mənbələrinin sözlərinə görə, Poroşenkonun əsas problemi Yuliya Timoşenkodur.
Bütün sosioloji sorğulara görə, keçmiş baş nazir, “Batkivşina” Partiyasının lideri Poroşenkonu qabaqlayır. Ehtimal ki, ölkədə heç nə dəyişməsə, 2019-cu ildə məhz Timoşenko Ukraynanın növbəti prezidenti olacaq.
Amma Poroşenkonun siyasi texnoloqları ümidlərini itirmirlər.
Əsas mesaj payızda olacaq və faktiki olaraq prezidentin kampaniyasının gizli startı veriləcək. Dövlət başçısı Avropa İttifaqına giriş kursunu elanı olacaq. Poroşenkonun planına görə Avropa İttifaqına üzvlük üzrə sifarişin verilməsi onun ikinci prezidentlik müddətinin sonuna qədər mümkün olacaq. Əlbəttə ki, o, prezident seçilsə.
Poroşenko həmçinin “Pyotr Poroşenkonun Bloku”nun üzvü, çoxillik siyasi texnoloq İqor Qrınivin hazırladığı strategiyanı qəbul edib. Poroşenkoya prezident səlahiyyətlərini qismən parlamentə verilməsi təklif edilir. Amma prezident səlahiyyətlərinin ciddi məhdudlaşdırılmasından söhbət getmir. Qubernatorların təyinatı funksiyasının deputatlara ötürülməsi təklif olunur, amma prezident hökumətdə Xarici İşlər Nazirliyi və güc blokuna təsirini saxlayacaq.
Ali Rada ikipalatalı olmalıdır. Yuxarı palatanın 150 deputat olmaqla majoritar qaydada (birmandatlı dairələr üzrə), aşağı palatanın isə 300 deputat olmaqla proporsional (partiya siyahısı üzrə) qaydada seçilməsi təklif olunur.
Prezident çoxdankı texnoloqun hazırladığı strategiyanı bəyənsə də, o hələ son mətn deyil. Poroşenkonun ətrafı əmindir ki, prezident 2019-cu ilə qədər bir neçə dəfə strategiyaya dəyişikliklər edəcək.
2019-cu ilə qədər Donbas müharibəsinin gedişatı, həmçinin Krım ətrafında vəziyyət Poroşenkonun siyasi gələcəyinə böyük ölçüdə istiqamət verəcək.
Poroşenkonun komandasında həmçinin Radikallar Partiyasının lideri Oleq Lyaşko ilə ikinci turun variantına baxırlar. Bir tərəfdən, Lyaşkonun irəliləyişi Poroşenkonun əsas rəqibi Timoşenko amilini tarazlaşdırmağa imkan verəcək, digər tərəfdən, “Pyotr Poroşenkonun Bloku”nda düşünürlər ki, Lyaşkoya nəzarət etmək və onun qələbəsinə imkan verməmək mümkündür.
Ömər Dağlı
-
İKT05:15
“WhatsApp”da çoxdandır gözlənilən YENİLİK
-
Sosial03:35
“TikTok”da canlı açıb qumar oynayırlar - VİDEO
-
MDB03:19
Şoyqu "Taliban"a görün nə hədiyyə etdi
-
MDB02:44
"Bütün qırmızı xətləri keçdilər" - Medvedev
-
ABŞ01:55
ABŞ-dan Rusiyanı qəzəbləndirəcək ETİRAF
-
Nida Xəbər 01:50
Düşmənin gizli postu - VİDEO
-
Qoroskop01:15
Günün qoroskopu: Uzaq yoldan və ağır fiziki işdən imtina edin
-
Dünya00:55
Türkiyədə neft emalı zavodunda PARTLAYIŞ