Dünya
İkinci atom atılır? - Trumenin çıxışı ilə Trampın nitqindəki ŞOK OXŞARLIQ (VİDEOLAR)
Bir neçə qərb KİV-i Yaponiyanı təhdid edən ABŞ prezident Harri Trumenin sözləri ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə bağlı Donald Trampın təcavüzkar ritorikası arasında oxşarlığa diqqəti yönəldib.
Publika.az xəbər verir ki, “The Week” jurnalı Trampın sözləri ilə 6 avqust 1945-ci ildə Trumenin nitqinin oxşar olduğunu yazıb.
Qeyd edək ki, ABŞ prezidenti bir neçə gün əvvəl jurnalistlərlə ünsiyyət saxlayaraq bildirib ki, Şimali Koreya üçün ABŞ-ı hədələməsi daha yaxşıdır.
“Əks halda onlar daha əvvəl dünyanın görmədiyi atəş və qəzəblə görüşəcəklər”, - Donald Tramp deyib.
Amerika prezidentinin sözləri KXDR ilə münasibətlərdə gərginliyin yeni bumuna gətirib çıxarıb. Məhz bundan sonra Pxenyan ABŞ-ın Quam adasındakı bazasına zərbə vurmağa hazır olduğunu bəyan edib. Sonra Tramp əlavə edib ki, fikrini daha sərt formada ifadə edə bilərdi.
Trumen Xirosimaya atom bombası atılmasından 16 saat əvvəl etdiyi nitqində kapitulyasiyadan boyun qaçıracaqları halda yaponları hansı dağıntıların gözlədiyini təsvir edib.
“Bizim şərtlərimizi qəbul etməyəcəyi halda onları hələ analoqu olmayan havadan dağıntıların yağışı gözləyir. Bu hava hücumunu böyük miqdarda dəniz və quru gücləri izləyəcək. Onlar belə döyüş bacarığına malik olan gücləri hələ görməyiblər”, - Trumen bildirib.
ABŞ bir neçə günü sonra Naqasaki şəhərinə ikinci atom bombasını atıb. Sentyabrda Yaponiya təslim olub.
“The Independent” nəşri də Trumen və Trampın “qorxunc” nitqləri arasında oxşarlığı qeyd edib.
“Ümid edirik ki, bu, iki hadisə arasında tək oxşarlıqdır”, - müəllif əlavə edib.
Ömər Dağlı
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır














.jpg)








.jpg)











