Polis maşını qadının üzərinə çıxdı - - VİDEO
Bizi izləyin

Dünya

Polis maşını qadının üzərinə çıxdı - - VİDEO

İyunun 20-də baş vermiş insidentin videosu yayıldı.

ABŞ-ın Nyu-Meksiko ştatında polis əməkdaşları dairədə məşhur olan avtomobil oğrusunu tutub.

Publika.az xəbər verir ki, iyunun 20-də baş vermiş insidentin videosu internetdə dərc olunub.

Portalın məlumatına görə, polis təqib zamanı oğrunu dayanmağa məcbur edib. Ardınca avtomobildən cani ilə yanaşı onun iki qadın sərnişini aşağı endirilib. Polis qadınlardan birini qoluna qandal taxmaq üçün dərhal yerə uzadıb. Lakin bu zaman "neytral" vəziyyətdə olan polis maşını hərəkət edib və qadının üzərinə çıxıb.

Məlumata görə, asayiş keşikçiləri operativ şəkildə qızı avtomobilin altından çıxardıblar və xəstəxanaya göndəriblər. Onun ciddi zədə almadığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm