Dünya
Saakaşvili Poroşenkoya bir neçə saat vaxt verdi - VİDEO
“Pyotr Poroşenko Ukrayna prezidenti olduğu müddətdə, ölkədə yaxşılığa doğru heç nə dəyişməyəcək”.
Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bunu "Yeni güclərin hərəkatı" partiyasının rəhbəri, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna Ali Radasının yaxınlığında keçirilən mitinqdə çıxışında deyib.
“Nə qədər ki, Poroşenko var, heç nə yaxşı olmayacaq. Əgər bu gün Poroşenko sizi eşitməyəcəksə, onda başqa yerə köçmək lazımdır. Poroşenko öz postundan getməli və Ukrayna xalqını azad etməlidir”, - Saakaşvili deyib.
Mitinq iştirakçıları bu sözləri razılıqla qarşılayaraq “Poroşenko istefa!” şüarı səsləndiriblər.
Saakaşvili tərəfdarlarından “əllərini qələbəyə qədər aşağı salmamağı xahiş edib.
“Bu insanlar (parlament deputatları –red.) günün sonuna kimi xalqımızın xeyri üçün heç bir qərar qəbul etməyəcəksə, onda biz növbəti - prezidentin istefası tələbi üzərində düşünməliyik”, - siyasətçi deyib.
Saakaşvili Ukrayna dövlətinin başçısını məhkəmə və Ali Radanın bütün səlahiyyətlərinin hamısını öz əllərində cəmləməkdə ittiham edib: “Ukraynada artıq siyasi proses yoxdur. Bir insanın iradəsi var”.
O, bu gün ölkə, vətəndaşlar və Ukraynanın gələcəyi üçün çox vacib anın gəldiyini vurğulayıb.
Ömər Dağlı
-
Qoroskop01:40Günün ulduz falı: keçmişin təsirindən çıxmağa çalışın
-
Dünya00:27Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirildi
-
Region10 İyul 22:32ABŞ razılaşmanı pozarsa... - Qalibafdan açıqlama
-
Magazin110 İyul 21:51Üz iflici keçirən Əməkdar artist xəstəxana əvəzinə Elgizin verilişinə gedib
-
ABŞ10 İyul 19:50Mənə sui-qəsd ediləcəyi təqdirdə... - Tramp İranla bağlı hansı əmri verib?
-
Hadisə10 İyul 18:50Bakıda motosiklet qəzaya uğradı - Ölən və yaralanan var
-
Region10 İyul 13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya10 İyul 12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər








.jpg)
.jpg)
























