Dünya
Yeni aldığı "Ayfon"unu itirən qadın dava saldı - FOTO\VİDEO
Amerikanın Kaliforniya ştatında bir qadın kafedə kütləvi davaya səbəb olub. İddialara görə, o yeni aldığı "Ayfon 10"-u burada itirib.
Publika.az xəbər verir ki, ştatının Nyuark şəhərindəki kafelərdən birində qanlı dava düşüb. Belə ki, qadın telefonun xüsusi "Find My iPhone" axtarış sistemi vasitəsilə itirdiyi mobil telefonunun kafenin yerləşdiyi ünvanda olduğunu təsbit edib. Kafeyə yaxınlaşan qadın ofisiantlara və rəhbərliyə burada unudulmuş telefon tapıb- tapmadıqlarını soruşub. Yox cavabı alan qadın qəzəblənib və dava salıb.
Telefon sahibi sistemi göstərərək telefon siqnalının məhz burada olduğunu desə də, kafe sahibləri qadını ərazidən uzaqlaşdırmağa cəhd ediblər.
Qadının kafedəkiləri oğru adlandırması müştərilər arasında kütləvi davaya səbəb olub. Nəticədə, 20 nəfər bir-biri ilə əlbəyaxa olub. Mübahisə zamanı müştərilərdən biri qadının saçını yolaraq döşəməyə töküb.
Əraziyə çağrılan polis mübahisə edən hər kəsi həbs edib. Axtarış nəticəsində məlum olub ki, telefonu kafenin aşbazı götürüb və mətbəxdə gizlədib.
Hadisə şahidləri baş verənləri anbaan çəkərək sosial şəbəkələrə yükləyiblər:
Könül Cəfərli
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ