ABŞ-dan Moskvaya ŞƏRT: “Nüvə başlıqlı raketlər...”
Bizi izləyin

Dünya

ABŞ-dan Moskvaya ŞƏRT: “Nüvə başlıqlı raketlər...”

“Rusiya orta və kiçik mənzilli raketlərin ləğv edilməsi haqqında müqaviləninin şərtlərinə riayət edəcəyi halda, ABŞ dəniz bazalı nüvə döyüş başlıqlı qanadlı raketlərindən imtina edəcək”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ müdafiə nazirinin nüvə və raket müdafiə siyasəti məsələləri üzrə köməkçisi Robert Sufer bildirib.

“Əgər Rusiya yenidən orta və kiçik mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilənin şərtlərinə riayət etməyə və taktik nüvə silahının ixtisarı üzrə danışıqlar aparmağa başlayarsa, beynəlxalq səhnədə öz təcavüzkar geosiyasi davranışlarını dəyişdirərsə, onda dəniz bazalı qanadlı raketlər haqqında danışa bilərik. Onları yerləşdirmək lazım olmayacaq”, - o, Vaşinqtonda nüvə məsələləri üzrə sammitdə deyib.

Suferin sözlərinə görə, Moskvanın qeyri-strateji nüvə silahı ehtiyatlarını artırması ABŞ-ı qanadlı raketləri nüvə döyüş başlıqları ilə təchiz etməyə vadar edib.

“Rusiyaya cavab vermək üçün nəsə etməli idik, bizim başqa seçimimiz yox idi”, - o, ABŞ-ın addımına bəraət qazandırıb.

Qeyd edək ki, orta və kiçik mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilə (RSMD) 8 dekabr 1987-ci il SSRİ lideri Mixail Qorbaçovun ABŞ-a səfəri zamanı imzalanıb. Müqavilə tərəflərə 500 kilometrdən 5,5 min kilometrə qədər uçuş məsafəsi olan ballistik raketlərə və qanadlı raketlərə malik olmağı qadağan edir. Rusiya və ABŞ müqavilənin pozulmasında qarşılıqlı şəkildə bir-birini ittiham edir. ABŞ-ın narahatlığı “İskəndər-M” 9K720 raketlərindən başqa “Rubej” RS-26 yeni strateji raketlərlə bağlıdır. Sonuncu orta uzaqlıqlı raket hesab edilir. Sınaqlardan keçirilən “Rubej”in uçuş məsafəsi təxminən 6000 kilometr təşkil edir və bu onu qitələrarası raket hesab etməyə imkan verir.

Xatırladaq ki, fevralın 3-də ABŞ Müdafiə Nazirliyi ölkənin yeni nüvə doktrinasını bəyan edib. Yeni doktrinada əsas diqqət Rusiya və Çin üzərində üstünlüyün saxlanılmasını təmin etmək üçün nüvə qüvvələrinin təkmilləşdirilməsinə yönəldilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm