Gənc qız özünü ataraq intihar edib - FOTOLAR
Bizi izləyin

Dünya

Gənc qız özünü ataraq intihar edib - FOTOLAR

Türkiyənin Dənizli şəhərində gənc bir qız özünü ataraq intihar edib.

Türkiyənin Dənizli şəhərində gənc bir qız özünü ataraq intihar edib.

Belə ki, Aişə Aktaş adlı gənc qız alış-veriş mərkəzinin dördüncü mərtəbəsinə çıxaraq özünü atmağa çalışıb. Mərkəzdəki digər müştərilər təhlükəsizlik işçiləri və polisi çağırıb. Hadisə yerinə gələn polis qrupları bir müddət əvvəl nişanlısından ayrıldığı öyrənilən gənc qızı aşağı enmək üçün razı salmağa çalışıb. Lakin polisin təxminən yarım saatlıq danışıqları nəticəsiz qalıb.

Xilasetmə qrupları gənc qızın olduğu yerin altına hava yastığı açmaq istəsə də, gecikiblər. Aktaş elə həmin anda təxminən 20 metr yüksəklikdən özünü boşluğa buraxıb. Onlarla insanın qışqırıqları arasında alış-veriş mərkəzinin orta hissəsindəki beton zəminə düşən Aişə Aktaş ağır yaralanıb. İlkin müdaxiləyə baxmayaraq qızın həyatını xilas etmək mümkün olmayıb.

Alış-veriş mərkəzindəki müştərilər və işçilər uzun müddət hadisənin şokundan çıxa bilməyib, bəziləri isə göz yaşlarına saxlaya bilməyib.

Polis gənc qızın intiharı ilə bağlı istintaqın davam etdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm