Dünya
Ermənistan hökumətindən ETİRAF: “İqtisadi səviyyəni yüksəldə bilmirik”
Ermənistan hökuməti 2014-cü ildə ölkədə iqtisadi artımı təmin edə bilməyəcəyini etiraf edib.
Modern.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, İrəvan hakimiyyəti dövlət büdcəsi ilə iqtisadi artımı nəzərdə tutulmuş səviyyəyə (5.2%) qaldıra bilmir. Məlumata görə, Ermənistan keçmiş korrupsioner baş nazir Tiqran Sərkisyanın zamanında daha yaxşı idi. Ermənistanın indiki baş naziri Ovik Abramyan hökumətinin isə daha yarıtmaz siyasət yürütdüyü və iqtisadi böhranın getdikcə dərinləşməsi müşahidə olunur.
Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Teresa Daban Sançes də Ermənistan üçün pessimist proqnozlar verib. O, “Azadlıq” radiosunun Ermənistan xidmətinə müsahibəsində bildirib ki, bu ilin aprel ayında Ermənistan üçün verilən proqnozlar özünü doğrultmayıb. “Biz proqnozlaşdırırdıq ki, Ermənistan iqtisadiyyatında 4.3% artım olacaq. Amma proqnozlar özünü doğrultmadığından biz bu göstəricini də azaldacağıq”.
Qeyd edək ki, Ermənistan iqtisadiyyatının demək olar ki, çökdüyü bir zamanda ölkədə elektrikin qiyməti qalxıb. Bu isə Ermənistan əhalisinin ciddi narazılığına səbəb olub.
Xatırladaq ki, Ermənistanın 2014-cü il üçün dövlət büdcəsi 2.8 milyard dollardır.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ