Con Makkeyn Krımın işğalını Obamanın ayağına yazdı
Bizi izləyin

Dünya

Con Makkeyn Krımın işğalını Obamanın ayağına yazdı

“Rusiya prezidenti Vladimir Putinin Krımı işğal etməsinə imkan verməsi Amerika Birləşmiş Ştatları rəhbərliyinin uğursuzluğudur”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə respublikaçı senator Con Makkeyn çıxış edib.

O, Putinin Ukraynanı uğursuzluğa düçar etmək üçün əlindən gələn hər şeyi edəcəyini bildirdi:

“Krımın işğal edilməsinə cavab olaraq Rusiyaya tətbiq edilən sanksiyalar çox zəif idi. Həmin sanksiyalara Putinin gözləri ilə baxsaq, onda hər şey yaxşıdır və hazırda Ukrayna ilə sərhədə qoşunlarını yeritməyə davam edir. Düşünürəm ki, Ukraynanın şərqindəki iğtişaşları davam etdirmək üçün Putin əlindən gələni eləyəcək. Çünki o, Ukraynanın uğura nail olmasını istəmir. Əgər Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı "həqiqi, mənalı sanksiyalar" tətbiq etsəydi və iki il ərzində Rusiyadan enerji asılılığını aradan qaldırmaq üçün Ukrayna və Avropa ölkələrinə enerji tədarükü planına başlasaydı, Rusiya imperiyasını yenidən qurmaq istəyən KGB polkovniki Vladimir Putin “hərəkətlərinin bir qiyməti olduğunu” hiss edərdi ".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm