Belçika məmuru Qətər şahzadəsinin niqabını açdı
Bizi izləyin

Dünya

Belçika məmuru Qətər şahzadəsinin niqabını açdı

Belçika məmuru Jan-Mari Pir Qətər şahzadəsinin niqabını dartıb qopardıb.

Publika.az “Deyli Meil”ə istinadən xəbər verir ki, insident Brüsselin mərkəzində baş verib. Üç qız Jan-Mari Pirə yaxınlaşaraq Qran-Plas meydanına (şəhərin ən məşhur turist obyektlərindən biri) gedən yolu soruşub.

Kişi cavabında üzünü görmədiyi insanlarla danışmayacağını bildirib. Sonradan məmur cavabını belə izah edib: “Mən ona anlatmağa çalışdım ki, Belçikada üzü bağlı gəzmək yasaqdır”. Adı dəqiqləşdirilməyən şahzadə məmurun iradına məhəl qoymadıqda kişi xanımın üzündəki örtüyü dartıb qoparıb.

Xanım prokurorluğa şikayət edərək bildirib ki, Pir üz örtüyü ilə birlikdə onun sırğalarını da dartıb çıxarıb və bu zaman üzü cızılıb. Məmur basqın ittihamı ilə mühakimə oluna bilər. Xanımın özünü isə ictimai yerə üz örtüyü ilə çıxdığı üçün 140 avro cərimələyiblər.

Jan-Mari Pir Brüsseldə Protokol xidmətinin başçısıdır. İşi ilə əlaqədar tez-tez xarici qonaqlarla, o cümlədən müsəlman ölkələrindən gələn insanlarla rastlaşmalı olur.

İctimai yerdə üz örtüyü ilə gəzmək qadağası Belçikada 2011-ci ilin iyulundan qüvvədədir. Qaydanı pozan ya 140 avro cərimə, ya da yeddi günlük həbslə cəzalandırılır. Dini bayramlar zamanı üz örtüyü gəzdirmək qadağan deyil. AB ölkələri arasında uyğun qadağanı ilk dəfə Fransa tətbiq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm