Dünya
Gürcüstan Saakaşvilini beynəlxalq axtarışa verdi
Gürcüstan hökuməti bu ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin beynəlxalq axtarışa verilməsi ilə bağlı rəsmi hüquqi prosedurlara başlayıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Gürcüstanın “Rustavi-2” telekanalı məlumat yayıb. Telekanala bu məlumatı isə Gürcüstan Baş Prokurorluğunun ictimaiyyətlə əlaqələr departamenti rəhbərinin müavini Natiya Suxiaşvili verib.
Yada salaq ki, Gürcüstanın sabiq prezidentinə qarşı ölkəsində rəsmi ittiham irəli sürülüb və barəsində qiyabi hökm çıxarılıb. M.Saakaşvili bir çox maddələrlə suçlanır. Ona qarşı artıq 2005-ci ildə deputat Valeri Qelaşviliyə sui-qəsdin təşkil edilməsi işi üzrə ittiham irəli sürülüb.
Bundan başqa, Mixail Saakaşvili keçmiş daxili işlər naziri Vano Merabişvili ilə birlikdə vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir. Bu ittihamlar 2007-ci il 7 noyabr mitinqinin dağıdılması, “İmedi” telekanalına müdaxilə etmək və mülkiyyətin qeyri-qanuni yolla başqasına verilməsi ilə bağlıdır. Sabiq prezident dövlət vəsaitini mənimsəməkdə və israf etməkdə də ittiham olunur.
Saakaşvili hazırda Gürcüstanda yaşamır. O, ABŞ-da işləyir, Qərb ölkələrində yaşayır. Sabiq prezident Qərb ölkələrindən siyasi sığınacaq istəməkdən imtina edib.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ