Könüllü batalyonlar 1940-cı illərin silahlarını alır
Bizi izləyin

Dünya

Könüllü batalyonlar 1940-cı illərin silahlarını alır

Ukraynanın “Simurq” könüllü batalyonu 1940-1960-cı illərin silahları ilə silahlandırılır.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “Simurq qanadları” Yardım Fondunun yaradıcısı Yuri Biryukov “Facebook”səhifəsində bildirib.

“Simurq” batalyonu 1940-1960-cı illərdə istehsal olunan silahlar alıb. Minaatanlar isə 1943-cü ilin buraxılışıdır. Məsəsələn, “Alov” AQS-17 BM-37 minaatanları 1943-cü ilin istehsalıdır. İyirmi üç kalibrli zenit sistemi isə 1963-cü ildə istehsal edilib”, - Yuri Biryukov bildirib.

O, Ukraynaya hazırda müdafiə silahlarının, o cümlədən tank əleyhinə silahların lazım olduğunu deyib. Xatırladaq ki, bu günlərdə bir neçə konqresmen də ABŞ prezidenti Barak Obamaya Ukraynaya müdafiə silahlarının, o cümlədən tank əleyhinə silahların çatdırılması ilə bağlı müraciət edib.

Ukraynanın şərqində antiterror əməliyyatlarında fəal iştirak edən könüllü batalyonların bəziləri isə Müdafiə Nazirliyinin tərkibinə keçmək istəyir. Ukraynanın müdafiə nazirinin məsləhətçisi Aleksandr Danilyuk sosial şəbəkədəki səhifəsində bunların “Donbas”, “Dnepr-1” və “Azov” könüllü batalyonlarıdır.

“Donbas”, “Dnepr-1” və “Azov” könüllü batalyonlarının nümayəndələri Müdafiə Nazirliyinə müraciət edib. Onlar batalyonların Ukrayna ordusunun tərkibinə keçirilməsini xahiş edirlər”, - A.Danilyuk yazıb.

Qeyd edək ki, könüllü batalyonlar Ukrayna Daxili İşlər Nazirliyinin milis bölmələri əsasında yaradılıb. “Donbas” batalyonu 2 sentyabrda ağır silahlar alıb və heyətini 700 döyüşçüyə qədər genişləndirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm