Bu kəndin bütün sakinləri təcavüzkardır - Foto
Bizi izləyin

Dünya

Bu kəndin bütün sakinləri təcavüzkardır - Foto

Florida ştatında sakinləri yalnız təcavüzkarlardan ibarət olan kənd var.

Axar.az xəbər verir ki, ABŞ-ın Florida ştatındakı “Möcüzə kənd”i cinsi istismar suçuyla həbs edilənlər üçün nəzərdə tutulub. Bu kənddə təcavüzkarlar və onların ailələri yaşayır. Həbs həyatı yaşayan və sonradan azadlığa çıxanlar başqa əyalətlərdə qalmağa ev tapa bilmədikləri üçün “Möcüzə kənd”də qalıb yaşamalı olurlar. 2009-cu ildən təcavüzkarlarla dolan kənd sakinlərinin böyük əksəriyyəti uşaqlara qarşı cinsi zorakılıq edənlərdir. Kənd sakinlərindən 200 nəfərin qolunda elektronik qandal var ki, bu da onların uşaqlara yaxınlaşmasına imkan vermir.

Kəndi yaradan Dik Vithero adlı sakin özü də vaxtilə təcavüz cinayətindən həbs həyatı yaşayıb. Kənddə ancaq etdiyi əməldən peşman olanlar yaşaya bilər. Orada yaşamaq üçün həddindən artıq çox müraciət edən olduğu üçün sakinlər səsvermə yolu ilə seçilir. Kənd sakinlərinə psixoloji və özünü idarə edə bilmək üçün dərslər də keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm