Jirinovski separatçılara daha bir hədiyyə - VİDEO
Bizi izləyin

Dünya

Jirinovski separatçılara daha bir hədiyyə - VİDEO

Rusiyanın Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski "Donetsk Xalq Respublikası” separatçı qurumun silahlılarına 300 min dollar və bir neçə avtomobildən ibarət humanitar yardım göndərib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Yespreso.TV telekanalı “Youtube” saytına istinadən bildirib.

“Rusiyalı siyasətçisi Vladimir Jirinovski “Donetsk Xalq Respublikası” döyüşçülərinin xahişi ilə onlara 13 milyon rubl (təxminən 300 min rubl - Yespreso.TV) və "Niva” avtomobilləri göndərib”.

Rusiyalı siyasətçi Luqansk və Donetsk “xalq respublikaları”na yardımını Ukraynanın faşist işğalçılarından azad edilməsi ilə eyniləşdirib: “Sovet ordusu vaxtilə Ukraynanı azad etdi və bu 3 milyon insanın həyatı bahasına gəldi. İndi isə biz Ukraynanı daxili nasistlərdən azad edirik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm