Dünya
Suriyada bir neçə vəzifəli şəxsin öldürüldüyü bildirilir
Suriyada rejim əleyhinə mübarizə aparan Azad Suriya Ordusu ötən gecə hərbi əməliyyatlar zamanı Bəşər Əsədə yaxın adamların öldürüldüyünü bildirib.
Publika.Az-ın məlumatına görə, Azad Suriya Ordusunun verdiyi açıqlamada tərkibində olan "Sahabə briqadaları" adlı xüsusi təyinatlı qüvvələrin təşkil etdiyi hərbi əməliyyatda Bəşər Əsədin kürəkəni Asif Şevket, daxili işlər naziri Məhəmməd Şaar, müdafiə naziri Davud Racih, Əsədin şəxsi köməkçisi Həsən Türkməni, Milli Təhlükəsizlik Şurasının rəhbəri general Hişam Bəxtiyar və Bəəs Partiyasının rəsmisi Məhəmməd Səid Bahitya öldürüldüyü iddia olunur.
Açıqlamada hərbi əməliyyatda hədəfə alınan rəsmilərin tanınmamaları üçün başqa adlarla xəstəxanalara yerləşdirildikləri iddia olunub.
Suriyanın rəsmi xəbər agentliyi SANA isə sui-qəsd iddialarının yalan olduğunu və öldürüldükləri iddia edilən şəxslərin hələ də vəzifələrində qaldıqlarını bildirib.
Agentlik Əsədin şəxsi köməkçisi Türkməninin də açıqlamasını yayımlayıb. Türkməni bildirib ki, o və digər yoldaşları vəzifələrini layiqincə yerinə yetirirlər:
"Bu açıqlamalar məqsədli dezinformasiyadan başqa bir şey deyil. Suriya xalqı mətbuat yalanlarını daha yaxşı başa düşür".
Daxili işlər naziri Şaar da açıqlamasında bu xəbələrin yalan olduğunu və artıq xalqın bu yalanlara inanmadığını söyləyib.
Anar Əhmədov
Publika.Az
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...