Səudiyyə Ərəbistanı yeni müştəri axtarır
Bizi izləyin

Dünya

Səudiyyə Ərəbistanı yeni müştəri axtarır

Səudiyyə Ərəbistanı yeni alıcıların olacağı halda neft hasilatını artırmağa hazırdır.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının neft naziri Əli İbn an-Nuaymi “Al Hayat” qəzetinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Səudiyyə Ərəbistanı neft hasilatının hazırkı səviyyəsini saxlayacaq. O, xatırladıb ki, ölkənin gündəlik neft hasilatı 9,7 milyon bareldir.

Nazir vurğulayıb ki, Səudiyyə Ərəbistanı enerji bazarında özünün iqtisadi maraqlarını əsas tutur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm