Əminə Ərdoğan Bakı ilə bağlı bəyanat verdi
Bizi izləyin

Dünya

Əminə Ərdoğan Bakı ilə bağlı bəyanat verdi

Türkiyə prezidentinin mətbuat katibliyi Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın Bakıda reallaşacaq moda sərgisində iştirakına mane olduğu ilə bağlı yayılan iddialara cavab verib.

Axar.az xəbər verir ki, katiblik Əminə Ərdoğan haqda mediada yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib:

“Bu gün bir moda layihəsi çərçivəsində Bakıda reallaşdırılacaq tədbirin iştirakçılarına hörmətli prezidentin həyat yoldaşı Əminə Ərdoğanın bilvasitə müdaxilə etdiyi ilə bağlı yayılan iddialar gerçəklik xaricindədir. Hörmətli Əminə Ərdoğanın hər hansı bir nümayişdə hansı kolleksiyanın yer alacağına qarşımayacağı aydın olduğu kimi, eyni xəbərdə adı çəkilən holdinq ilə gizli ortaqlığı olduğu istiqamətindəki iddialar da tamamilə böhtandır. Hörmətli Ərdoğan müzakirə mövzusu olan əsassız iddia və böhtanlarla əlaqədar hər cür hüquqi haqqını da qorumaqdadır”.

Xatırladaq ki, həm Türkiyə mətbuatında, həm də Azərbaycan mətbuatında yer alan xəbərlərə görə, Bakıda keçirilməsi planlaşdırılan moda sərgisinə dəvət edilən Türkiyənin məşhur modelyeri Yıldırım Mayrukun rəhbərlik etdiyi “Yıldırım Mayrukun Kolleksiyası” son anda verilən bir qərarla siyahıdan çıxarılıb.
Buna səbəb “Yıldırım Mayrukun Kolleksiyası”nda iştirak edən stilist Barbaros Şansalın Türkiyə hökumətinin əleyhinə tənqidi fikirlər səsləndirməsidir. B.Şansal “Sözçü” qəzetinə açıqlamasında bildirib ki, onların sərgidən çıxarılmasının səbəbi Türkiyə prezidentinin xanımı Əminə Ərdoğanın həmin sərgidə iştirakı ilə bağlıdır.

Türkiyədə baş verən Gəzi parkı hadisələri zamanı da hökuməti sərt şəkildə tənqid edən B.Şansal deyib ki, hökumətə yaxınlığı ilə tanınan “Aydeniz Holdinq”in sahibinə şəxsən Ankaradan gələn bir zəngdən sonra onlar sərgidən çıxarılıblar.


“AKP-nin müxalif düşüncəli insanlara qarşı dözümsüzlüyü var. İştirakımız elan edildiyi halda bu layihədən Ankara və AKP-nin əmri ilə çıxarıldıq. “Aydeniz Holdinq”ə rəhbərlik edən Hatice Aydenizin atasına Ankaradan zəng edilib. “Yıldırım Mayruk Kolleksiyası” dekabrın 27-də Bakıda reallaşacaq sərgidən “HADİJE İSTANBUL” kolleksiyasına görə çıxarılıb. Səbəb kimi isə bu sərgiyə Əminə Ərdoğanın da qatılacağı göstərilib. Bakı mətbuatı qarışıqlıq içindədir. Hadisənin səbəbini öyrənmək üçün bizə zəng edirlər”, - deyə B.Şansal açıqlamasında bildirib.

- See more at: http://axar.az/news/38756#sthash.Y4mcEIY3.dpuf
Oxumağa davam et
Reklam
Reklam

Gündəm