Şok iddia: Gülənin Rusiyadakı məktəblərində CİA agentləri çalışırdı
Bizi izləyin

Dünya

Şok iddia: Gülənin Rusiyadakı məktəblərində CİA agentləri çalışırdı

Türkiyəli jurnalist yazar Latif Ərdoğan Fethullah Gülənin məktəbləri ilə bağlı şok bir iddia irəli sürüb.

Publika.az-ın verdiyi xəbərə görə, “A Haber” kanalının “Deşifrə” kanalının qonağı olan yazar Gülənin məktəblərində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agentlərinin müəllim kimi çalışdığını bildirib.

“Gülənin xaricdəki məktəblərində CIA agentləri müəllim olaraq çalışdı. Bu “sizin əmrinizdəyik” anlamına gəlirdi. Xüsusilə, Türkiyə Rusiyaya açılan qapı idi. Amerika Rusiyaya girə bilmirdi. Amerika CİA agentlərini müəllim adı ilə bu məktəblərə yerləşdilər. Bu məktəblərdə əslində CIA agentləri olaraq çalışdılar”, - Latif Ərdoğan bildirib.

Yazar Gülənin zəkasının orta səviyyədə, ancaq yaddaşının çox güclü olduğunu deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm