Ukraynanın 5 təşkilatı Rusiyada “qara siyahı”ya salındı
Bizi izləyin

Dünya

Ukraynanın 5 təşkilatı Rusiyada “qara siyahı”ya salındı

Ukraynanın “Sağ sektor”u Rusiyada qadağan edilmiş təşkilatlar siyahısına daxil edilib.

Publika.az RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Ədliyyə Nazirliyinin saytında bildirilir.

“Qara siyahı”ya həmçinin Ukraynanın daha dörd qeyri-kommersiya təşkilatı düşüb: “Ukrayna milli məclisi - Ukrayna xalq özünümüdafiəsidir” (UNA-UNSO), Ukrayna üsyançı ordusu (UPA), “Stepan Banderı adına Trizub” və “Qardaşlıq”.

2014-cü ilin noyabrında Rusiya Ali məhkəməsi bu təşkilatları ekstremist təşkilatlar kimi tanıyıb və ölkə ərazisində onların fəaliyyəti qadağan edilib. Proses qapalı keçirilib. Qərarın yalnız yekun hissəsi elan olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm