Dünya
3 min İŞİD üzvü Türkiyədə – terror hazırlanır – XƏBƏRDARLIQ
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) bir həftə öncə ölkənin hüquq-mühafizə orqanlarına İŞİD terrorçuları ilə bağlı xəbərdarlıq müraciəti göndərib.
Publika.az-ın məlumatına görə, bu barədə Türkiyə mediası sensasiyalı məlumat yayıb.
Məlumata görə, MİT-in müraciətində qeyd olunur ki, İraq və Suriyadan Türkiyə sərhədlərinə keçən İŞİD üzvləri ölkədə bombalı terror aktları hazırlayır.
Daha sonra MİT-in müraciətində deyilir: “2015-ci ilin yanvarından etibarən İŞİD terror təşkilatının Suriya və İraqda döyüşən təxminən 3 minə yaxın üzvünün Türkiyə-Suriya sərhədlərinin nəzarətsiz ərazilərindən Hatay, Adana, Ankara və İstanbul kimi şəhərlərə gəlməsi barədə məlumat əldə edilib. 3 min nəfərlik dəstə çadır şəhərciklərində məskunlaşan qaçqınların arasında gizlənir. Onların arasında kiçik və orta dərəcəli terror aktları hazırlayan terrorçu liderlərin olduğu da ehtimal edilir. Sözügedən dəstənin Suriyaya hərbi müdaxilə edən koalisiya güclərinin İstanbul və Ankaradakı diplomatik nümayəndəliklərini hədəf götürdüyü güman olunur.
Suriya və Fələstin əsilli, yaşları 17-25 arası olan dəstə üzvlərinin planlarına Türkiyə və Bolqarıstan üzərindən Avropa Birliyi ölkələrinə getmək, koalisiya güclərinin həmin ölkələrdəki diplomatik nümayəndəliklərinə hücumlar təşkili etmək də daxildir.
Sözügedən dəstə üzvlərinin yerlərinin müəyyən edilməsi, saxlanılması və tutulması istiqamətində müvafiq addımların atılmasında kömək edilsin”.
Vasif Həsənli
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ