Dünya
Debaltsevo ətrafında mühasirə qapandı
“Debaltsevo müharibə meydanı tam mühasirədədir. İtkisiz şəhərə gəlmək və ya çıxmaq mümkün deyil”.
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ukraynalı jurnalist Anastasiya Bereza Debaltsevo rayonundan xəbər verir.
“Bu gün vəziyyət dünəndən əhəmiyyətli dərəcədə daha pisdir. Qarşılıqlı atəşlər güclənib. Debaltsevoda olan hərbçilərin sözlərinə görə, vəziyyəti dəyişdirmək yalnız mexanikləşdirilmiş briqadaların böyük gücləri ilə mümkündür”, - jurnalist bildirib.
Ukraynanın Silahlı Qüvvələrinin Baş qərargahından təsdiq ediblər ki, separatçılar Debaltsevo şəhərinə daxil ola biliblər. Son məlumatlara görə, anti-terror gücləri ilə separatçılar arasında küçə döyüşləri gedir.
Ukrayna mediasının yazdığına görə, 25-ci hücum batalyonu Debaltsevodan çıxmaq üçün separatçılardan “yaşıl dəhliz” xahiş edib. “Yaşıl dəhliz” Ukrayna hərbçilərinin silah və hərbi texnikasız mühasirədən çıxmasını nəzərdə tutur.
Ömər Dağlı
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ