Dünya
İŞİD-dən “Twitter”in yaradıcısına hədə: Öldürüləcəksən!
“Twitter”in həmtəsisçisi Cek Dorsi İŞİD terror təşkilatı tərəfindən ölümlə hədələnib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD tərəfdarlarını Cek Dorsini öldürməyə çağırıb.
Terror təşkilatı çağırışını onunla əsaslandırır ki, İŞİD-in tərəfdarlarının ““Twitter” hesabları daim bağlanılır. “Sizin virtual müharibəniz sizinlə əsl müharibəyə çevriləcək”, - “Twitter”in həmtəsisçisinə ünvanlanmış anonim müraciətdə deyilir.
Müraciət Cek Dorsinin şəkli ilə verilib və Dorsinin başı odlu silahla nişan alınıb.
“Biz lap əvvəldən sizə deyirdik ki, bu, sizin müharibəniz deyil. Amma siz bunu anlamadınız və “Twitter”dəki hesablarımızı bağlamaqda davam edirsiniz”, - anonim müracitdə deyilir.
Qeyd edək ki, ötən ay İŞİD tərəfdarlarının “Twitter”dəki 800-dən çox hesabı qırılıb və “Anonymous” haker qrupu hücuma görə məsuliyyəti üzərinə götürüb. Təşkilatın məlumatına görə, sındırılan hesabların sahibləri terror qruplaşması ilə bağlı idilər.
“Twitter”in rəsmi nümayəndəsi Cim Prosser deyib ki, hüquq-mühafizə orqanları və sosial şəbəkənin təhlükəsizlik bölməsi təhlükənin etibarlılığını araşdırırlar. “Twitter” girovların edam görüntülərinin olduğu videolara sərt reaksiya verir. Şirkət qadağan edilən informasiyanı yayan hesabları bloklayır. “Twitter”in istifadəçi ilə razılaşması nəzərdə tutur ki, şirkət digər insanlara qarşı açıq zorakılığı özündə əks etdirən informasiyalar və görüntülərin yayımını məhdudlaşdırmaq hüququna malikdir. Həmçinin qeyri-qanunu fəaliyyət üçün sosial şəbəkədən istifadə etmək qadağandır.
Ömər Dağlı
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ