Kerri İrana xəbərdarlıq etdi
Bizi izləyin

Dünya

Kerri İrana xəbərdarlıq etdi

ABŞ-ın dövlət katibi Con Kerri İranın Yəməndəki husi qiyamçılarına dəstəyi barədə şaiyələrlə əlaqədar Tehrana xəbərdarlıq edib.

Publika.az-ın məlumatına görə, dövlət katibi deyib ki, ABŞ Yaxın Şərqdə İran tərəfindən təhdid olunduğunu hiss edən hər hansı bir dövləti dəstəkləyəcək və İranın regionu sabitsizləşdirmək cəhdlərinə biganə qalmayacaq.

ABŞ hazırda husi qiyamçılarını geri oturtmağa və prezident Əbdrəbbuh Mənsur Hadini səlahiyyətlərində bərpa etməyə çalışan Səudiyyə koalisiyasını dəstəkləyir.

İran şiəməzhəb husi qiyamçılarına dəstək verdiyi barədə iddiaları rədd edir. Buna baxmayaraq İran çərşənbə günü Ədən körfəzinə iki hərbi gəmi göndərib.

Hərbi dəniz donanmasının komandanı, kontr-admiral Həbibullah Səyyari deyib ki, gəmilər körfəzə dəniz yollarının mühafizəsi üçün ezam edilib.

Con Kerri PBS Newshour proqramına verdiyi müsahibədə deyib ki, İranın husilərə dəstək verdiyi aşkardlr və İrandan Yəmənə hər həftə təyyarə uçur.

Bu arada İran prezidenti Həsən Ruhani Səudiyyə koalisiyasının Yəmən üzərində hava zərbələrinin dayandırılmasına çağırıb. Ruhani deyib ki, böyük Yəmən xalqı bombardmana boyun əyməyəcək. "Gəlin hamımız müharibəni qurtarmaq barədə düşünək", - İran prezidenti əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm