Təsadüfi cinsi əlaqə bu gözəli nə hala saldı - FOTOLAR
Bizi izləyin

Dünya

Təsadüfi cinsi əlaqə bu gözəli nə hala saldı - FOTOLAR

Təsadüfi cinsi əlaqə şotlandiyalı qızın həyatını sözün əsl mənasında cəhənnəmə çevirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Qlazqoda yaşayan 23 yaşındakı Lidya Davis 2010-cu ildə təsadüfən tanımadığı bir kişi ilə bir gecəlik cinsi əlaqədə olub. Həmin kişidən yoluxan infeksiya qadının sürətlə çəki itirməsinə (anoreksiya xəstəliyi) səbəb olub.

Vaxtilə gözəl bədən quruluşuna malik olan 23 yaşlı qız indi özü özündən iyrənir. Universitetdə oxuyan və tələbə yataqxanasında qalan qız iştahdan kəsilib. Nəticədə onun çəkisi 25 kiloqrama qədər düşüb. “Dəfələrlə ölümün bir addımlığında olduğunu hiss etdim, amma mənə “yemək yemə” söyləyən o səslə mübarizə apara bilmirdim”, - Lidya Davis deyib.

Nəhayət, Lidya Davis yaxşılaşaraq əvvəlki çəkisinə qayıdır. Ona bu çətin mübarizədə sevgilisi böyük dəstək verib. Yaşadığı həyatı paylaşmaq üçün kitab yazan Davis anoreksiyanın pəncəsinə düşən başqa insanlara yardım etməyi qarşısına məqsəd qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm