Baş nazir korrupsiyada ittiham olunur
Bizi izləyin

Dünya

Baş nazir korrupsiyada ittiham olunur

Rumınya parlamenti baş nazir Victor Pontanın toxunulmazlıq hüququndan məhrum edilməsi ilə bağlı prokurorluğun müraciətini qəbul etməyib.

Publika.az-ın məlumatına görə, Baş nazir korrupsiya, çirkli pulların yuyulması, vergidən yayınma və səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.

Ölkə prezidenti Klaus İohannis siyasi böhrandan qaçmaq üçün baş nazir Pontanı istefa verməyə çağırıb.

Ponta ittihamları rədd edib. O bildirib ki, onu vəzifədən yalnız parlament kənarlaşdıra bilər.

Pontanın soaial-demokrat partiyası və onun müttəfiqləri parlamentdə çoxluq təşkil edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm