• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Polad Bülbüloğlu: “Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə yüksək səviyyədədir“

Polad Bülbüloğlu: “Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə yüksək səviyyədədir“

Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Azərbaycanın Milli Qurtuluş Gününə və Rusiya Gününə həsr olunmuş "Rusiya və Azərbaycan yüksəliş yolunda" mövzusunda elmi-praktiki konfrans keçirilib.

Publika.Az-ın məlumatına görə, tədbiri açan Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) baş katibi Mikayıl Hüseynov bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən təşkil olunmuş konfransın başlıca məqsədi iki ölkə ekspertlərinin Rusiya və Azərbaycan arasında bütün səviyyələrdə qarşılıqlı əlaqələrin müxtəlif cəhətlərini müzakirə etmək və geniş fikir mübadiləsi aparmaqdır.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qurtuluş Günü - ümummilli lider Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıdışı ilə bağlı olan milli bayram ərəfəsində keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Azərbaycanın ən yeni tarixinə nəzər salan səfir qazanılan böyük uğurlardan söz açıb.

Polad Bülbüloğlu Azərbaycan-Rusiya əməkdaşlığının inkişafına toxunaraq iki ölkə arasındakı münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğulayıb.

Milli Məclisin deputatları Rasim Musabəyov, Mixail Zabelin, Ceyhun Osmanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxışlarında ölkəmizin daxili və xarici siyasət sahəsində qazandığı nailiyyətlərdən danışıb, Azərbaycan-Rusiya əlaqələrinin bundan sonra 2daha da inkişaf etdirilməsinin əhəmiyyətini bildiriblər.

Konfransın işində iki ölkənin rəsmi şəxsləri, ictimai xadimləri, Azərbaycan diasporunun və gənclərinin nümayəndələri iştirak ediblər.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR