İki məktəbdə akreditasiya aparılması təxirə salınıb
Bizi izləyin

İqtisadi gündəm

İki məktəbdə akreditasiya aparılması təxirə salınıb

Bu il ərzində ölkə üzrə 11 pilot məktəbin akkreditasiyadan kecirilməsi nəzərdə tutulsa da, iki məktəbin akkreditasiyasının aparılması mümkün olmayacaq. Bu sözləri Publika.Az-a acıqlamasında Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev söyləyib.


H. Zərbəliyev bildirib ki, ilkin olaraq təhsil müəssisələrinin akkreditasiya qaydaları, ümumi təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu və statusunu müəyyənləşdirən meyarlar əsasında 11 pilot məktəbi əhatə edəcəkdi: “Amma səmərəli məktəb layihəsinə düşən təhsil müəssisələrindən ikisi təmir olunur. Bu məktəblər Sumqayıt şəhər Təbiət fənləri təmayüllü gimnaziya və Ağdaş rayon 1 saylı məktəbidir. Bu təhsil müəssisələrində hələ ki təmir işləri aparıldığından, biz bu il həmin məktəbləri akreditasiyadan kecirə bilməyəcəyik”.

Xatırladaq ki, bu il Təhsil Nazirliyində 11 pilot məktəbin- Gəncə şəhər 27 saylı, Şirvan şəhər 16 saylı, Bakı şəhər 225 saylı tam orta məktəblərin, Sumqayıt şəhər Təbiət fənləri təmayüllü gimnaziyanın, Bakı şəhər 164 saylı, Mingəçevir şəhər 10 saylı, Ağdaş rayon 1 saylı, Lənkəran rayon 4 və 6 saylı, Şəki şəhər 3 saylı, Quba rayon 2 saylı tam orta məktəblərin akkreditasiyadan kecirilməsi nəzərdə tutulmuşdu. Artıq bu məktəblərdən ikisində, Gəncə şəhərində 27 saylı və Bakıdakı 225 və 164 saylı məktəblərdə yoxlamalar aparılıb.

Zülfiyyə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm