İqtisadi gündəm
Mehriban Əliyeva kimsəsiz məzunlar üçün tikilən binanın açılışında - FOTOLAR
Dekabrın 29-da Bakının Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçün 120 mənzildən ibarət binanın açılış mərasimi olub.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
mərasimdə iştirak edib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Baş nazirin
müavini Abid Şərifov binanın rəmzi açılışını bildirən lenti
kəsdilər.
Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq Ərazilərin Bərpası və
Yenidən Qurulması üzrə Agentliyin həyata keçirdiyi böyük sosial
əhəmiyyətli layihələrdən biri yetkinlik yaşına çatdıqdan sonra
internat evlərini tərk edən kimsəsiz məzunların yerləşdirilməsi
üçün yaşayış binasının tikilməsidir. Valideyn himayəsindən məhrum
olan uşaqları hər zaman diqqətdə saxlayan Mehriban Əliyeva əslində
bu addımı ilə Azərbaycanın xoşbəxt gələcəyinin təmin olunması işinə
öz töhfəsini verir. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata
keçirdiyi “Uşaq evlərinin və internat məktəblərinin inkişafı”
proqramı bu kateqoriyadan olan uşaqların həyat şəraitinin
yaxşılaşdırılmasına, onların hər zaman diqqət və qayğı ilə əhatə
olunmasına geniş imkanlar açıb.
Heydər Əliyev Fondunun prezidenti çoxdan bəri ictimai narahatlıq
doğuran ciddi bir məsələnin - uşaq evlərində tərbiyə alan və 18
yaşı tamam olmuş gənclərin mənzillərlə təmin edilməsi ilə bağlı
problemin həllinə nail olub. Hazırda ölkəmizdə uşaq müəssisələrində
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9 min
875 uşaq dövlət himayəsində yaşayır. Uşaq evləri və internatlarda
həmin uşaqlara dövlətimiz tərəfindən 18 yaşınadək baxılır.
Yetkinlik yaşına çatıb uşaq evlərini tərk edən məzunların
yerləşdirilməsi, onların sosial müdafiəsinin təmin edilməsi,
cəmiyyətə inteqrasiya olunması istiqamətində də dövlət tərəfindən
ardıcıl tədbirlər görülür.
Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu məsələyə diqqət və qayğısının nəticəsi olaraq, Nazirlər Kabinetinin müvafiq Sərəncamı əsasında Abşeron rayonunun Masazır qəsəbəsində hər iki valideynini itirmiş kimsəsiz məzunların yerləşdirilməsi ilə əlaqədar yaşayış binasının tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. İlkin mərhələdə 120 mənzilli, 240 nəfərlik 13 mərtəbəli yaşayış binasının və infrastruktur obyektlərinin tikintisi başa çatdırılıb. Sonrakı mərhələlərdə isə əlavə hər biri 120 mənzilli, cəmi 540 nəfərlik 13 mərtəbəli 2 yaşayış binasının tikintisi nəzərdə tutulub.
İstifadəyə verilən binada 50 yerlik kafe və mətbəx, bərbərxana,
ticarət salonu, stolüstü oyunlar və internet zalları, camaşırxana
var. Binada bütün lazımi şərait yaradılıb. Mənzillərin hamısı
mebel, inventar və avadanlıqla, o cümlədən mətbəx avadanlığı və
yataq dəstləri ilə təchiz edilib. Binada fəaliyyət göstərəcək
xidmət sahələrində də məzunların özləri çalışacaqlar ki, bu da 35
nəfər kimsəsiz məzunun daimi işlə təmin olunması deməkdir.
Birinci xanım Mehriban Əliyeva burada yaradılan şəraitdən
razılığını bildirdi, valideyn himayəsindən məhrum olan uşaqlar üçün
inşa edilən yeni binanın açılışı münasibətilə təbriklərini
çatdırdı.
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial4 May 17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO