İqtisadi gündəm
Polis olmaq istəyənlərin nəzərinə!
2015-ci il aprelin 25-də, saat 10:00-da Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Göyçay, İsmayıllı, Kürdəmir, Şamaxı, Ucar şəhər və rayonlarının sakinlərini Göyçay rayon Polis şöbəsində qəbul edəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qəbul başa çatdıqdan sonra daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən şəxslərin sıra baxışı keçiriləcək.
Sıra baxışında yalnız yuxarıda göstərilən şəhər və rayonların aşağıdakı şərtlərə cavab verən sakinləri iştirak edə blərlər:
- müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), əvvəllər məhkum olunmamış, tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, həmçinin boyu 170 santimetrdən aşağı olmayan Azərbaycan Respublikasının qadın vətəndaşları.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Müsabiqəyə elan olunan vəzifələrdə əmək funksiyasının yüksək fiziki gərginlik, həyəcan və həssaslıqla bağlı olmasının, eləcə də xidmətin növbəli, bir çox hallarda gücləndirilmiş iş variantında post-patrul nizami hissələrində aparılacağının nəzərə alınması xahiş olunur.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ