İqtisadi gündəm
İlham Əliyevdən XVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına MÜRACİƏT
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev XVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət edib.
Müraciətdə deyilir:
“Hörmətli sammit iştirakçıları!
Sizi səmimi qəlbdən salamlayır və növbəti toplantınızın işə
başlaması münasibətilə təbrik edirəm.
“Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin
təşkilatçılığı ilə hər il qardaş Türkiyədə keçirilən bu toplantılar
Avrasiya məkanında xalqlar və dövlətlərarası əlaqələrin inkişafına
xidmət edir. Şübhə yoxdur ki, informasiya texnologiyaları,
telekommunikasiya, maliyyə, enerji, nəqliyyat, logistika və digər
sahələrlə bağlı müzakirələrin aparılacağı XVIII sammit də region
ölkələri arasında dostluq və əməkdaşlıq mühitinin möhkəmlənməsinə
sanballı töhfə verəcəkdir.
Azərbaycan Respublikası bölgənin inkişafına yeni imkanlar açan
mütərəqqi ideyaları, innovativ təşəbbüsləri, mühüm enerji və
infrastruktur layihələrini dəstəkləməkdə davam edir. Hazırda zəngin
karbohidrogen ehtiyatlarımızı müxtəlif istiqamətlərə nəql edən 7
neft və qaz kəməri mövcuddur. Ölkəmiz Avropanın enerji
təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş “Şahdəniz”, TANAP və
TAP layihələrinin ən iri səhmdarlarından biridir. Ötən il Bakıda
“Cənub qaz dəhlizi”nin, təxminən 20 gün əvvəl isə Qarsda
Trans-Anadolu qaz boru kəmərinin təməlinin qoyulması ilə “XXI əsrin
müqaviləsi” adlandırılan nəhəng transmilli layihənin icrası
istiqamətində əməli işlərə başlanmışdır. Bu il Xəzər dənizində
Beynəlxalq Dəniz Ticarəti Limanının əsas hissəsinin istifadəyə
verilməsi, habelə Asiya ilə Avropanı qovuşduran Bakı-Tbilisi-Qars
dəmir yolunun inşasının başa çatdırılması da nəzərdə
tutulmuşdur.
Azərbaycan Avrasiya məkanında humanitar əməkdaşlığın dərinləşməsinə
çalışan və bu sahəyə böyük həcmdə sərmayə qoyan dövlətlərdən
biridir. 2015-ci ilin iyununda biz Bakıda ilk Avropa Oyunlarını,
iki il sonra isə İslam Həmrəylik Oyunlarını yüksək səviyyədə təşkil
etmək əzmindəyik.
Yaşadığımız qloballaşma dövründə kəskin dəyişən iqtisadi və siyasi
şərait qarşıya daim yeni vəzifələr, həlli vacib olan problemlər də
çıxarır. Ümid edirəm ki, sammitin iştirakçısı olan dövlət
təmsilçiləri, siyasət və elm xadimləri, ictimaiyyət və biznes
nümayəndələri gündəlikdə duran və hər birimizi düşündürən aktual
məsələlər ətrafında səmərəli müzakirələr aparacaq, regionun
tərəqqisinə və qarşılıqlı əlaqələrin genişlənməsinə kömək edən
qərarlar qəbul edəcəklər.
Başda “Mərmərə Qrupu” olmaqla zirvə görüşünün bütün iştirakçılarını
bir daha təbrik edir və toplantınızın işinə uğurlar
arzulayıram”.
AZƏRTAC
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ