İqtisadi gündəm
Gürcüstandan Azərbaycana avtomobil idxalı azalıb
2014-cü ilin yanvar ayında Gürcüstandan Azərbaycana
20,35 milyon dollar dəyərində 2,38 min minik avtomobili ixrac
olunub. Bu barədə Gürcüstan Milli Statistika Xidmətindən
bildiriblər.
Xidmətin məlumatına görə, qeyd edilən dövrdə bu sahənin xüsusi
çəkisi Gürcüstandan Azərbaycana ümumi ixracın həcminin 54,86
faizini təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan
minik avtomobillərinin həcmi 24,24 faiz, say nisbətində isə 0,58
min ədəd azalıb. Müqayisə üçün, 2013-cü ilin yanvar ayında
Gürcüstandan Azərbaycana 26,86 milyon dollar həcmində 2,96 min
avtomobil ixrac edilib.
Ölkəyə avtomobil idxalının azalması Azərbaycanın tətbiqinə cari
ilin aprel ayının 1-dən başlayacaq Avro-4 ekoloji standartına
keçidi ilə izah edilir. Avro-4-ün tətbiqi Gürcüstandan Azərbaycana
idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən
köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır.
Hesabat dövründə Gürcüstandan Azərbaycana 2,04 milyon dollar
dəyərində 0,29 min yük avtomobili idxal edilib ki, bu da ötən ilin
analoji dövründə qeydə alınan göstəricidən 5,56 faiz aşağıdır (say
nisbətində isə 0,07 min ədəd yuxarı). Müqayisə üçün, 2013-cü ilin
yanvarında Gürcüstandan Azərbaycana 2,16 milyon dollar dəyərində
0,22 min yük maşını idxal edilib.
Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac edilmiş malların
ümumi dəyəri 37,09 milyon dollar və ya qeyd edilən dövrdə ölkənin
ümumi ixracının həcminin 16,6 faizini təşkil edib.
İl ərzində Azərbaycana ixracat 19,5 faiz azalıb. Müqayisə üçün,
2013-cü ilin ötən ilin yanvarında Azərbaycana 46,05 milyon dollar
dəyərində Gürcüstan malı ixrac edilib.
Avtomobillər Gürcüstana xaricdən gətirilir.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi