Hadisə
Xalq artisti dəfn olundu - YENİLƏNDİ
Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti Qəndab Quliyeva dəfn olunub.
Xalq artisti "Təzəpir" məscidində təşkil olunan vida mərasimindən sonra Binə kənd qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.
***
Dünən uzun sürən xəstəlikdən sonra vəfat edən xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi keçirilir.
"Təzə Pir" məscidində keçirilən mərasimdə xanəndənin qohumları, sənət yoldaşları, pərəstişkarları və ictimai şəxslər iştirak edir. Qəndab Quliyeva bu gün Binə qəsəbə qəbiristanlığında, anasının yanında dəfn ediləcək.
26.06.17***
Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva vəfat edib.
Bu barədə xanəndənin oğlu Hafiz Həmidov Apa-ya bildirib. Qəndab Quliyeva xəstəxanadan evə aparılarkən yolda dünyasını dəyişib.
Ürək çatışmazlığından əziyyət çəkən xanəndə bu gün müalicə olunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzində süni tənəffüs aparatından ayrılıb.
Mərhumla vida mərasimi sabah keçiriləcək. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq.
***
Xalq artisti Qəndab Quliyevanın ailəsi onu evə aparmaq üçün xəstəxanaya müraciət edib.
Bu barədə Publika.az-a Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi Şahin Xəlilov məlumat verib.
Onun sözlərinə görə, ailəsi bu vəziyyətdə Qəndab xanımın xəstəxanada qalmasını istəmirlər: “İndi xəstəxana rəhbərliyi və reanimasiya həkimi ilə danışıqlar aparılır. Birlikdə qərar veriləcək. Hazırda Qəndab xanımın vəziyyəti kritik ağırdır. Sidik çıxışı yoxdur, böyrəklərin fəaliyyəti dayanıb, tənəffüs aparatına qoşulub. Bundan sonra xəstəxanada qalıb-qalmamasına ailəsi qərar verəcək”.
***
Xalq artisti Qəndab Quliyevanın ölməsi ilə bağlı yayılan xəbər yanlışdır. Lakin hazırda onun vəziyyəti kritikdir.
Bu barədə Publika.az-a Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi Şahin Xəlilov məlumat verib.
Onun sözlərinə görə, Q.Quliyeva tənəffüs aparatına qoşulub: “Müalicəsi davam etdirilir. Lakin bir neçə xəstəliyi və yaşı nəzərə alınaraq aparılan müalicə istənilən effekti vermir. Qəndab xanım həm ürək,həm də böyrək çatışmazlığından əziyyət çəkir. Lakin biz yenə də əlimizdən gələn bütün tədbirləri görürük. Hazırda vəziyyəti ağır, kritik dəyərləndirilir”.
Qeyd edək ki, Xalq artisti Qəndab Quliyeva iyunun 16-da kəskin ürək çatışmazlığı ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
***
Müğənni, aktrisa, Azərbaycan Respublikasının Xalq artisti Qəndab Quliyevanın bir neçə saat öncə vəfat etməsi barədə xəbər yayılıb.
Publika.az xəbər verir ki, Xalq artisti uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkirdi. O, bir neçə gün öncə xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Qəndab Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980 cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991-1996 cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. 1981 ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.
Gülxar
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
-
Sosial11:44Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNDİ
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
























.png)












